12px13px15px17px
Tarix:15/03/17

2022-ci ilədək planet əhalisinin 50%-i “4G LTE” şəbəkəsindən istifadə edəcək

“5G” rabitə standartına keçid ani deyil, tədricən baş verəcək və yaxın illərdə əvvəlki “4G LTE” standartı geniş istifadə edilməyə davam edəcək, həm də bəzi hallarda, operatorlar tərəfindən tətbiq edilmiş texnoloji innovasiyalar hesabına məlumatların ötürülməsi sürəti “5G” standartına yaxınlaşacaq. Bu haqda “ABI Research” analitik şirkətinin yeni araşdırmasında qeyd olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin məlumatına görə, 2022-ci ildə dünyada “4G LTE” abunəçilərinin sayı 4 milyardı ötəcək. Xatırladaq ki, 2017-ci ilin əvvəlində bu göstərici 2 milyarda bərabər idi. Beləliklə, 5 il sonra planet əhalisinin 50%-i “LTE” şəbəkəsindən istifadə edəcək.

Həmçinin gözləntilərə görə, 2017-2022-ci illərdə “LTE” şəbəkəsi dünyada lider mobil rabitə standartı olaraq qalacaq. İndi mobil trafikin ümumi həcminin 67%-i “4G” standartının payına düşdüyü halda, 2022-ci ildə bu göstərici 82%-ə yaxınlaşacaq. Bu halda “5G” rabitə standartının köməyi ilə mobil şəbəkələrdə məlumatların ümumi həcminin yalnız 13%-i ötürüləcək.

Emil Hüseynov




Baxış sayı: 141

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2017

22 04 2017

22/04/17
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 21-ə çatdırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru 

22/04/17
“Windows 10” üçün böyük yeniləmələr yaz və payızda təqdim ediləcək

Ötən həftə “Windows 10” əməliyyat sistemi üçün ikinci ən böyük yeniləmə (Creators Update) təqdim olunub

22/04/17
Mobil əlavə reallıq texnologiyalarından mədaxil 18,5 milyard dollara çatacaq

“Tractica” analitik şirkəti mobil əlavə reallıq texnologiyalarının (augmented reality, AR) istehlak və korporativ seqmentdə

22/04/17
2022-ci ildə artırılmış reallıq eynəyi cihazları əvəz edəcək

“Oculus Research” şirkətinin əməkdaşı Maykl Abraş deyib ki, 2022-ci ildə artırılmış reallıq 

22/04/17
“iPhone 8” smartfonunun çertyoju internetə sızdırılıb

Bloqer Sonni Dikson “Twitter” sosial şəbəkəsində öz səhifəsində yeni “iPhone 8” korpusunun sxemini dərc edib

22/04/17
“Facebook” eşitmə qüsurlu insanlara dəri ilə “eşitməyə” kömək edəcək

“Facebook” şirkəti eşitmək qabiliyyətindən məhrum insanlara səs dalğalarını dəri ilə qəbul etməyə imkan verəcək unikal