12px13px15px17px
Tarix:20/04/17

“Facebook” vertolyotların köməyi ilə internet paylayacaq

“Facebook” şirkəti planetin hər bir sakininin onun sosial şəbəkəsinə girişini təmin etmək istəyir. Deyəsən, bu arzu tezliklə reallaşacaq.

“F8” konfransında şirkətin nümayəndələri istifadəçi aktivliyinin monitorinqi zamanı əldə etdikləri məlumatları paylaşıblar. Kənd yerləri və təbii fəlakətlər zamanı internetə qoşulma imkanı araşdırılıb və bunun nəticəsi kimi “Tether-tenna” layihəsinə başlanılması haqda qərar qəbul edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, internetə çıxışı asanlaşdıran qurğu kiçik vertolyotdan ibarətdir. Vertolyot internetə qoşulacaq və bortunda enerji mənbəyi quraşdırılacaq. Fövqəladə hallar və işlək şəbəkənin zədələnməsi vaxtı vertolyot fiber-optik kabelə qoşulacaq və azca hündürlüyə qalxaraq bir növ antena rolunu oynayacaq.

“Tether-tenna” layihəsinin sınaqları hələ keçirilməsə də, “Facebook” şirkətinin nümayəndələri bildiriblər ki, sistemin işə salınmasına bir neçə ay kifayətdir. Hazırda “F8” konfransının keçirildiyi San-Xose şəhərində ziyarətçiləri yüksəksürətli internetlə təmin edən oxşar “Terragraph” kompleksi yoxlanılır.

Emil Hüseynov




Baxış sayı: 276

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Oktyabr 2017

21 10 2017

21/10/17
Bu il kompüter qurğuları bazarında cüzi azalma gözlənilir

“Gartner” analitik şirkəti dünya kompüter qurğuları bazarı (masaüstü sistem, noutbuk, ultrabuk və planşetlər

21/10/17
“Android” əlavələrində səhvlər aşkarlayan tədqiqatçılar mükafatlandırılacaq

“Google” şirkəti “Play Store” mağazasında populyar “Android” əlavələrində boşluqlar aşkarlayan tədqiqatçıla

21/10/17
Dörd nəhəng texnoloji şirkət internetdə terrorizmlə mübarizə aparacaq

“Microsoft”, “Facebook”, “Twitter” və “Google” şirkətləri internetdə terrorçuluq kontenti ilə

21/10/17
Mühafizəli “Samsung Galaxy Tab Active 2” planşeti təqdim olunub

“Samsung Electronics” şirkəti mühafizəli “Galaxy Tab Active” planşet kompüterinin ikinci nəslini təqdim edib.