12px13px15px17px
Tarix:30/08/17

“Chrome” brauzer bazarında rekorda imza atıb

Dünyada ən populyar brauzer olan “Chrome” yeni rekordlar qırmağa davam edir. Dünyada 40 mindən çox sayta daxil olan 160 milyondan çox unikal istifadəçinin aktivliyini izləyən “NetMarketShare” xidmətinin məlumatları buna sübutdur.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2016-cı ilin aprelində “Chrome” brauzeri fərdi kompüterlər üçün brauzerlər arasında populyarlıq göstəricisinə görə ilk dəfə “Internet Explorer”i geridə qoyub. 2017-ci ilin iyulunda “Chrome” öz liderliyini daha da gücləndirərək bazar payını 59,6%-dək artırıb. “Microsoft”un brauzerinin payı isə 16,5%-dək azalıb.

“Microsoft” şirkəti 2016-cı ilin əvvəlində “Internet Explorer” brauzerinin 11-ci versiyasından başqa digər versiyaların dəstəyini dayandırdıqdan sonra sözügedən brauzerin populyarlığı sürətlə azalmağa başlayıb. Həmin andan etibarən “Internet Explorer 10” və “Microsoft”un brauzerinin daha köhnə versiyaları üçün təhlükəsizlik yeniləmələri və texniki dəstək nəzərdə tutulmayıb.

Masaüstü və noutbuklar üçün ən tələb olunan brauzerlər üçlüyünə əvvəlki kimi “Firefox” daxildir. Bu brauzerin payı bir ayda 12%-dən 12,3%-dək artıb.

Emil Hüseynov




Baxış sayı: 418

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Fevral 2018

19/02/18
Ekzoplanetlərin axtarışı üçün yeni teleskop buraxılacaq

ABŞ Kosmik Agentliyi (NASA) apreldə ekzoplanetlərin axtarışı ilə məşğul olacaq

19/02/18
Yaponiyada bədənə yapışdırıla bilən elastik displey ixtira edilib

Tokio Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış 

19/02/18
Yapon alimi robot oxşarını yaradıb

Yaponiya alimi Hiroşi İşiquro onu ezamiyyə səfərləri zamanı mühazirələrdə əvəz edəcək robot oxşarını yaradıb

19/02/18
“Android” sistemi üçün “Gmail”in sadə versiyasını təqdim edilib

Google” şirkəti “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən qurğular üçün 

19/02/18
“Google” şirkəti “911” xidmətinə abunəçilərin yerini müəyyənləşdirməyə kömək edəcək

“Google” şirkəti “911” xilasetmə xidmətinə zəng edən insanların olduqları yeri müəyyənləşdirən yeni sistemi 

19/02/18
Smartfonları daha sürətli və daha “ağıllı” edəcək yeni çip yaradılıb

Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən neyron hesablamalar üçün yaradılmış yeni çip 

19/02/18
Britaniyada “3D” printerin köməyilə xəstənin döş qəfəsi bərpa edilib

Britaniyanın Suonsi şəhərində yerləşən Morrison xəstəxanasının həkimləri “3D” printerin köməyi ilə 

19/02/18
Süni intellekt ənənəvi metodlardan 17 dəfə çox zəlzələ aşkarlayıb

Harvard Universiteti və Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılar qrupu zəlzələlərin qeydə 

18 02 2018