12px13px15px17px
Tarix:06/02/18

“Təhlükəsiz İnternet Günü” ilə bağlı konfrans keçirilib

Təhlükəsiz İnternet Günü ("Safer İnternet Day") 2004-cü ildə Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi "INSAFE" təşəbbüsü ilə təsis edilib və artıq dünyada təxminən 130 ölkədə qeyd olunur. Hər ilin fevral ayının ikinci həftəsinin çərşənbə axşamında qeyd olunan bu günün əsas məqsədi daha yaxşı və təhlükəsiz internet yaratmaq məqsədilə vətəndaş cəmiyyəti, dövlət və özəl təşkilatları təmsil edən bütün tərəflərin əməkdaşlıq əlaqələrinin inkişafıdır.

Bu il Beynəlxalq Təhlükəsiz İnternet Günü 6 fevral tarixində "Hörmət və ehtiram dolu mühit yarat, qoşul və paylaş: Daha yaxşı internet səndən başlayır" şüarı ilə qeyd edilir.

Ölkəmizdə də hər il Təhlükəsiz İnternet Gününə həsr edilən bir sıra tədbirlər keçirilir. Bu il də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Elektron Hökumət Təlim-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "Təhlükəsiz İnternet Günü – 2018" konfransı keçirilib. Konfransda ali təhsil müəssisələrinin professor və müəllim heyəti, dövlət qurumlarının nümayəndələri, qeyri-hökumət təşkilatları və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı təhlükəsiz internetin vacibliyini qeyd edib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə öz çıxışında təhlükəsiz internetin informasiya cəmiyyətinin inkişafına təsirləri və bu sahə üzrə ölkəmizdə görülən işlərdən söz açıb.

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor əvəzi Rauf Cabbarov informasiya təhlükəsizliyi sahəsində kadr hazırlığı və müasir peşələr haqqında danışıb.

Tədbirdə çıxış edən digər dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının tanınmış ekspertləri fərdi məlumatların internetdə qorunmasının vacibliyi, müasir texnologiyaların informasiya təhlükəsizliyinə təsiri və beynəlxalq trendlər haqqında təqdimatla çıxış  ediblər. Konfransda iştirak edən ali məktəb tələbələri də təhlükəsiz internetin müxtəlif aspektləri barədə fikirlər səsləndiriblər.






 




Baxış sayı: 583

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Avqust 2018

20 08 2018

20/08/18
Avropa İttifaqı sosial şəbəkələrdə məzmunun silinməsi qaydalarını sərtləşdirib

Avropa İttifaqı terrorizmi dəstək xarakterli məzmunun silinməsi qaydalarını sərtləşdirməyi planlaşdırır. 

20/08/18
“Samsung Galaxy S10” smartfonu “MWC 2019” sərgisində təqdim ediləcək

“Samsung” şirkətinin mobil bölməsinin rəhbəri Ko Don Cin “Galaxy S10” smartfonunun 2019-cu ilin 

20/08/18
Pentaqon yeni anonim messencer hazırlayır

ABŞ Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi anonim və təhlükəsiz mobil messencerin 

20/08/18
“Alcatel HH40V” qurğusu dünyanın istənilən nöqtəsindən internetə qoşulmağa imkan verəcək

“Alcatel” şirkəti dünyanın istənilən nöqtəsindən internetə sürətli qoşulma üçün “HH40V” portat

20/08/18
Dünyada ilk dəfə internetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib

Yalnız zəng edən və zəngləri qəbul edən mobil telefonların satış həcmi ilk dəfə ötən il 5% yüksəlib.

20/08/18
Keramika üçün ilk dördölçülü çap texnologiyası hazırlanıb

Honkonq (Çin) Şəhər Universitetinin tədqiqatçılar qrupu çapdan sonra mürəkkəb formalar alan dünyanın