12px13px15px17px
Tarix:09/02/21

4 yaşlı “Şəbəkə”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə 2017-ci il fevralın 10-da ilk "Şəbəkə" xidmət mərkəzi istifadəyə verilib.

 

Hazırda respublika üzrə 10 "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 4-ü isə Cəlilabad, Zaqatala, Sumqayıt və Ağdaş şəhərlərində yerləşir. "Şəbəkə" xidmət mərkəzlərinin Bakının bütün rayonlarında və respublikanın digər müvafiq şəhər və rayonlarında yaradılması istiqamətində işlər davam etdirilir.

 

Əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın artırılmasıdır.

 

Yaradılan müasir xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkandan təqdim olunur.

 

"Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir.

 

Eyni zamanda, bu mərkəzlərdə lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca satışı, pulköçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların IMEI qeydiyyatı həyata keçirilir.

 

Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. "SmartPay" – ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

 

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar, bayram günləri də xidmət göstərilir.

 

Qeyd edək ki, son bir il ərzində "Şəbəkə" xidmət mərkəzlərinə 1 milyon 91 min 215 vətəndaş müraciət edərək göstərilən müxtəlif xidmətlərdən faydalanıb.

 

 

 

 





Baxış sayı: 8653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Sentyabr 2021

24 09 2021