bölmədə 2666 material var

Tarix: 05/06/13 DRİ qeydiyyatda olan radiotezlik istifadəçiləri və radioelektron vasitələrin statistikasını açıqlayıb

Cari ilin 1 iyun tarixinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsində (DRİ) 361 radiotezlik istifadəçisi (müəssisə, idarə, təşkilat və fiziki şəxslər) qeydiyyatdadır.

Tarix: 05/06/13 Regionlarda multimedia taksofonları qurulması planlaşdırılır

“Aztelekom”İB regionlarda multimedia taksofonları qurmaq niyyətindədir. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə birlikdən verilən məlumatda bildirilir.

Tarix: 04/06/13 Müşfiq Əmirov: «Azərbaycan cəmiyyəti «İKT ili» ilə əlaqədar həyata keçirilən layihələr haqqında operativ şəkildə məlumatlandırılır»

2013-cü il «İKT ili» ilə əlaqədar həyata keçirilən və eləcə də reallaşdırılması nəzərdə tutulan bütün layihələr haqqında Azərbaycan cəmiyyətinə operativ şəkildə informasiyalar verilir.

Tarix: 04/06/13 Rəqəmli yayıma keçidlə bağlı sayt yaradılıb

“Azərbaycanda rəqəmli yayıma keçidlə bağlı əhalinin maarifləndirilməsi üçün sayt yaradılıb”.

Tarix: 04/06/13 Azərbaycanda bu ilin əvvəlindən qeyri-qanuni istifadə edilən 226 radioelektron vasitə aşkar edilib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi bu ilin 5 ayı ərzində qeyri-qanuni istifadə edilən 226 radioelektron vasitə aşkar edib.

Tarix: 04/06/13 “Aztelekom” kotirovka sorğusu elan edib

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyi kotirovka sorğusu elan edib.

Tarix: 03/06/13 Azərbaycanda ilin sonuna kimi analoq yayımın dayandırılması üzrə işlər başa çatacaq

Azərbaycanda bu ilin sonuna kimi televiziya kanallarının analoq yayımının dayandırılması üzrə işlər başa çatacaq.

Tarix: 03/06/13 Yaxın vaxtlarda ikinci telekommunikasiya peyki ilə bağlı müqavilə imzalanacaq

Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə buraxılması üzrə hazırlıq işlərinə başlanılıb. “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev bildirib ki, ikinci peykimizin 2018-ci ildə orbitə göndərilməsi planlaşdırılır. Yaxın vaxtlarda isə nəzərdə tutulan işlərin reallaşdırılması üçün müvafiq müqavilənin imzalanması gözlənilir.

Tarix: 03/06/13 Bakıda 1-ci Beynəlxalq “Bakı Gələcək Forumu” öz işinə başlayıb

Bakıda Azərbaycan Futuroloqlar Cəmiyyəti və “Minilliyin layihəsi”nin Azərbaycan bölməsi tərəfindən təşkil olunan 1-ci Beynəlxalq “Bakı Gələcək Forumu” öz işinə başlayıb.

Tarix: 03/06/13 RİTN-də «İnternet və insan hüquqları» mövzusunda tədbir keçiriləcək

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) «İnternet və insan hüquqları» mövzusunda «dəyirmi masa» keçiriləcək. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə RİTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov məlumat verib.

Tarix: 01/06/13 Beyləqanda elektron ATS-lərin sayı artırılır

Beyləqan informasiya və kommunikasiya texnologiyaları yeni inkişaf mərhələsinə qədəm qoyub. “Aztelekom”İB-nin dəstəyi ilə rayon rabitəsinin tam modern şəkildə qurulması və şəbəkənin müasir tələblərə cavab verən səviyyədə inkişaf etdirilməsi üçün kompleks tədbirlərə başlanılıb.

Tarix: 31/05/13 “Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı 14% artıb

Azərbaycanda “Xalq kompüteri” layihəsi çərçivəsində satılan kompüterlərin sayı son bir il ərzində 14% artıb.

Tarix: 31/05/13 TV və FM proqramlarının yaratdığı elektromaqnit sahə gərginliyinin ölçülməsi ilə bağlı radiomonitorinq keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri 29-31 may tarixlərində Bakı şəhəri və Abşeron yarımadası ərazisində radiomonitorinq işləri aparıb.

Tarix: 31/05/13 Azərbaycan BTİ-nin Şurasına seçilmək üçün namizədliyini irəli sürüb

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına namizədliyini irəli sürüb.

Tarix: 30/05/13 Telekommunikasiya sahəsində “Argela” şirkəti ilə birgə müxtəlif layihələrin həyata keçirilməsi üzrə işlər aparılır

Ölkəmizdə 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahədə silsilə tədbirlərin reallaşmasını gündəmə gətirib. Hazırda “İKT ili” üzrə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən hazırlanan Tədbirlər Planının icrası davam edir.








17 İyun 2019

16 06 2019