bölmədə 2666 material var

Tarix: 05/12/14 Azərbaycanla Türkiyə kosmik sənaye sahəsində yeni əməkdaşlıq imkanlarını araşdıracaqlar

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov “Bakutel 2014” - 20-ci Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı çərçivəsində Türkiyə Respublikasının elm, sənaye və texnologiyalar naziri Fikri İşıkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tarix: 04/12/14 “Azərkosmos” ASC və “Gilat” “Azerspace-1” peyki üzərindən birgə xidmətlərin göstərilməsinə dair əməkdaşlıq müqaviləsi imzaladılar

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC,  dünyada peyk şəbəkəsi texnologiyaları, həllər və xidmətlər üzrə lider olan “Gilat Satellite Networks Ltd.” ilə müştərilərin tələblərinə uyğun cavab verən və geniş tətbiq sahələri olan peyk xidmətləri üçün “Sky Edge II-c” şəbəkəsinin istifadəsinə dair müqavilə imzaladılar.

Tarix: 04/12/14 “Dilmanc” “Bakutel-2014”-də ən yeni proqram təminatını təqdim edir

“Bakutel-2014” sərgisində “Dilmanc” özünün ən yeni proqram təminatını – “Dilmanc” çağrı mərkəzini (Dilmanc call centre) nümayiş etdirir.

Tarix: 03/12/14 Bakıda Azərbaycan - Türkiyə Yüksək Texnologiyalar Forumu keçirilib

Bu gün "Bakutel-2014" sərgi-konfransı çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan - Türkiyə Yüksək Texnologiyalar Forumu keçirilib.

Tarix: 03/12/14 Azərbaycan gələn ilin mart ayınadək tam rəqəmli yayıma keçəcək

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi gələn ilin mart ayınadək ölkədə tam rəqəmli yayıma keçməyi nəzərdə tutur.

Tarix: 03/12/14 Bakıda QDİƏT-in elm və texnologiya üzrə əməkdaşlıq sahəsində 4 illik fəaliyyət planı qəbul olundu

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilib

Tarix: 03/12/14 Azərbaycanda SMS xidmətlərinin göstərilməsi üzrə xüsusi qaydalar hazırlanacaq

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə şəbəkələri üzərindən abunəçilərə göndərilən reklam SMS-nin qarşısını almaq məqsədi ilə tədbirlər görəcək.

Tarix: 03/12/14 Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir

Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Kempinski Hotel Badamdar”da QDİƏT-ə üzv ölkələrin elm və texnologiya üzrə nazirlərinin iclası keçirilir.

Tarix: 02/12/14 İlham Əliyev “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub (FOTOLAR)

Prezident İlham Əliyev dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Tarix: 02/12/14 Bakıda İkinci Regional İnternet İdarəçilik Forumu keçirilir

Bu gün Bakıda BMT-nin İnkişaf Proqramı və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə reallaşdırdığı “Azərbaycan Respublikasında İKT infrastrukturunun və İKT xidmətlərinin davamlığının və səmərəliyinin modernləşdirilməsi” layihəsinin təşkil etdiyi “İKT vasitəsi ilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma” mövzulu İkinci Regional İnternet İdarəçilik Forumu  (RİİF) öz işinə başlayıb.

Tarix: 02/12/14 Azərbaycanda yeni elektron xidmət istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən göstərdiyi elektron xidmətlərin sırasına yenisi əlavə edilib.

Tarix: 02/12/14 Yeni adı "Azersky" olacaq "SPOT 7" yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verildi

Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı "Azersky" olacaq "Spot 7" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki bu gün Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC və Fransanın Airbus Defence and Space şirkəti arasında imzalanmış müqaviləyə əsasən “Azərkosmos” ASC-yə təhvil verildi.

Tarix: 02/12/14 Azərbaycan Beynəlxalq 20-ci “Bakutel-2014” Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransının iştirakçılarına

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində səmimi qəlbdən salamlayır, Azərbaycan Beynəlxalq 20-ci “BakuTel–2014” telekommunikasiya və informasiya texnologiyaları yubiley sərgisi və konfransının işinə müvəffəqiyyətlər arzulayıram.

Tarix: 01/12/14 “Azərkosmos” ASC Türkiyənin “Teleport Uydu Hizmetleri” şirkəti ilə əməkdaşlığa başladı

 “Azərkosmos” ASC  Türkiyənin televiziya və radio kanallarına daha keyfiyyətli xidmət göstərmək üçün İstanbulda yerləşən “Teleport  Uydu Hizmətləri”  şirkəti ilə əməkdaşlığa başlayıb.

Tarix: 02/12/14 Nazir: "Qabaqcıl yeniliklərin nümayiş etdirildiyi “Bakutel”sərgi-konfransı artıq geniş miqyasda özünəməxsus nüfuza malikdir"

“Bakutel-2014” 20-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya İexnologiyaları Sərgi-Konfransının iştirakçılarına








16 İyun 2019

15 06 2019