12px13px15px17px
Tarix:01/06/11

Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər

Telefon danışıqları üçün vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqi bütün ümumi istifadəli telefon şəbəkəsinin elektronlaşdırılması üzrə işlər başa çatdıqdan sonra aktual ola bilər. Bu barədə çərşənbə axşamı Trend-ə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov deyib. Məmmədovun sözlərinə görə, regional səviyyədə telefon rabitəsinin elektronlaşdırılması artıq başa çatıb, paytaxtın bəzi analoq ATS-lərinin elektron şəklə salınması üzrə işlər tamamlanma mərhələsindədir. Bu işlər başa çatıqdan sonra Azərbaycanın bütün telefon şəbəkəsi rəqəmsallaşdırılacaq.
"Bu gün artıq 494/495 saylı ATS-lərin elektronlaşdırılması üzrə işlər başa çatmaq üzrədir, ayın sonuna 438/439 saylı ATS-lərdə də işlər başa çatacaq. Bundan sonra ümumi istifadəli telefon şəbəkəsi yenilənməyə və yeni tarif paketlərinin tətbiqinə hazır olacaq. Yenidənqurma başa çatdıqdan sonra nazirlik zərurət yaranacağı təqdirdə, Tarif Şurası tərəfindən qəbul edilə biləcək təkliflər hazırlayacaq", - Məmmədov vurğulayıb.
Nazir müavininin sözlərinə görə, yaxın perspektivdə vaxt hesabı ilə edilən ödənişin tətbiqi nəzərdə tutulmur. Bununla belə, vaxt hesabı ilə edilən ödəniş sistemi tətbiq edilsə də, bu, abonentlərin ziyanına olmayacaq.
Məmmədovun bundan əvvəl dediyinə görə, dəyişikliklər beynəlxalq və şəhərlərarası rabitə xidmətləri tarifinə, eləcə də abunəçiyə telefon xətlərinin çəkilməsinin dəyəri və stasionar telefon istifadəsinə görə aylıq abunə ödənişlərinə aiddir. Bir xidmət növünə tariflərin artırılması digərlərinin dəyərinin aşağı düşməsi ilə əvəz olunur. Məsələn, beynəlxalq danışıqların tarifi.





Baxış sayı: 17358

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Fevral 2019

19 02 2019

19/02/19
Bankların əksəriyyəti haker hücumları qarşısında dayanıqsızdır

İnformasiya təhlükəsizliyinin təmini üzrə ixtisaslaşmış “Group-IB” şirkətinin məlumatına görə, əksər 

19/02/19
Məlumat saxlama sistemlərinin ümumi tutumu iki dəfə artacaq

“IDC” analitik şirkəti 2023-cü ilədək dünyada quraşdırılan məlumat saxlama sistemlərinin ümumi 

19/02/19
Prezident İlham Əliyev Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş Direktorluğunun rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat 

19/02/19
Çin kosmosda günəş elektrostansiyası tikəcək

Çin Kosmik Texnologiyalar Akademiyası kosmosda günəş enerjisi toplayaraq onu Yer kürəsinə 

19/02/19
Kənar enerji mənbəyi olmadan işləyən süni intellekt sisteminə malik videokamera yaradılıb

ABŞ-ın “Xnor” startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə 

19/02/19
“Sharp” korporasiyası "robofon" təqdim edib

Yaponiyanın “Sharp” korporasiyası “RoBoHon” insanabənzər robot smartfonlar istehsal xəttinə 3 yeni 

19/02/19
Ödənişli “iOS” əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb

Hakerlərin “Apple” şirkətinin hazırladığı texnologiyaya müdaxiləsi nəticəsində istifadəçilər “iPhone