12px13px15px17px
Tarix:03/06/11

Milli radiomonitorinq şəbəkəsi yaradılır

Azərbaycanda ilk dəfə olaraq Respublika üzrə Milli Radiomonitorinq Şəbəkəsi yaradılır. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Bu barədə İCTNews-ə məlumat verən RİTN Dövlət Radiotezliklər İdarəsinin (DRİ) rəisi Əflatun Məmmədov bildirib ki, Mehdiabad, Günəşli və Sahil qəsəbələrində tikilmiş binalarda avadanlıqlar qurulduqdan sonra layihə üzrə işlərə başlamaq mümkün olacaq. Gəncədə də uyğun binanın tikintisi həyata keçiriləcək. İdarə rəisi bildirib ki, hazırda radiomonitorinq sistemi bütün radioelektron vasitələrin qeydiyyatını, bu avadanlıqlardan qeydiyyatsız istifadənin qarşısının alınmasını, tezliklərin düzgün, səmərəli istifadəsini, efirə nəzarəti, onun kənar maneələrdən qorunmasını nəzərdə tutur.
Radiomonitorinq şəbəkəsi yeni texnologiyalar əsasında 5 regional mərkəz və onun alt məntəqələrindən uzaqdan idarəetmə sistemi ilə, online rejimində bütün respublikanı əhatə edəcək. Yeni şəbəkə kiberməkanın təhlükəsizliyinin təmini baxımından da çox əhəmiyyətlidir.



Baxış sayı: 5478

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024