12px13px15px17px
Tarix:03/06/11

“Amerika və Azərbaycan üçün biznes imkanları”

Bu gün Bakıda “Amerika və Azərbaycan üçün biznes imkanları” mövzusunda konfrans işə başlayıb. Azərbaycan-Amerika Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ və Azərbaycanın iş adamları, tanınmış biznes liderləri iştirak ediblər. Bu görüşlərdə iki ölkə arasında ticari əlaqələrin genişlənməsi və yeni biznes növlərinin qurulmasına dair fikir mübadiləsi aparılıb, konkret layihələr müzakirə edilib.
Azərbaycan-Amerika Ticarət Palatasının icraçı direktoru Mahir İsgəndər bildirib ki, son illərdə Azərbaycanda müşahidə edilən davamlı iqtisadi inkişaf ölkəmizə qarşı ABŞ sərmayədarlarının marağını artırıb. Onun sözlərinə görə, Azərbaycan özünün iqtisadi tarixinin çox maraqlı dönəmini yaşayır və məhz bu ərəfədə belə bir konfransın təşkili konkret nəticələr verə bilər.
Konfrans ölkələr arasında real biznes əlaqələrinin yaradılmasına həsr edilmiş altı sessiyadan ibarət olub. Tədbir zamanı Azərbaycanda turizm, informasiya texnologiyaları və telekommunikasiya, nəqliyyat, tikinti və digər sahələrdə sərmayə imkanları araşdırılıb. Azərbaycanın yeni enerji reallıqları, ölkədə dünya üzrə məşhur biznes şəbəkələrinin açılması da müzakirə mövzuları sırasında olub.
Natiqlər arasında Azərbaycan-Amerika Ticarət Palatası İdarə heyətinin üzvü James A. Baker, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Azercell Telekom” MMC-nin prezidenti Ali Agan, Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədri Cahangir Hacıyev, «AzQtel» şirkətinin baş icraçı direktoru Ceyhun Mollazadə və digərləri olub.
ABŞ və Azərbaycan ticarət əlaqələri üçün mühüm əhəmiyyət kəsb edən bu toplantının platinium sponsoru “Azercell Telekom” MMC-dir.



Baxış sayı: 5703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024