12px13px15px17px
Tarix:01/06/11

Ermənilərin peykimiz haqda iddiaları əsassızdır

Ermənilərin ABŞ Konqresi qarşısında Azərbaycanın orbitə çıxaracağı süni peyki hərbi məqsədlər üçün istifadə ediləcəyi haqda iddiaları əsassızdır. Bunu ANS-ə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abasov bildirib. Onun sözlərinə görə, Azərbaycan süni peyki dinc məqsədlər üçün istifadə edəcək.
“Amerikadakı erməni diasporası, yəni Erməni Milli Komitəsi İctimai Birliyi Azərbaycanın süni peyki ilə bağlı ABŞ Konqresinə etiraz məktubu göndərib. Onlar narahatlıqlarını ifadə edərkən müraciətlərində bildiriblər ki, Azərbaycan süni peyki hərbi məqsədlərlə istifadə edəcək və bu da Ermənistana birbaşa təhlükədir. Onlar müəyyən qədər bəzi konqresmenlərə təzyiq göstəriblər. Konqres isə komitə səviyyəsində belə bir qərar çıxarıb ki, ABŞ-ın Azərbycana süni peyki almaq üçün kredit təqdim edən bankı bu peykin hərbi məqsədlərlə istifadə olunmaması üçün öhdəlik götürsün. Biz bankdan həmin şərtləri artıq almışıq”,- deyə Əli Abasov əlavə edib. Rabitə və informasiya texnologiyaları naziri qeyd edib ki, hazırda süni peykə hökumətdə və müəyyən instansiyalarda baxılır.
“Bizim süni peykimiz əsasən telekommunikasiya xidmətləri, həmçinin radio-televiziya verilişləri, eləcə də fövqəladə hallar zamanı müəyyən operativ idarəetmə üçün rabitə növünü verəcək”, deyə Ə. Abbasov qeyd edib.
Xatırladaq ki, ABŞ-ın erməni lobbisi Azərbaycanın süni peyk əldə etməsini məhdudlaşdırmaq istiqamətində fəaliyyətə keçib. Bununla bağlı süni peykin alışı üçün Azərbaycana kredit ayıran banka etirazlarla dolu məktub da ünvanlayıblar.
Erməni lobbisinin Vaşinqtondakı "Ay Dat" ofisinin məlumatına görə, məsələ ilə əlaqədar ABŞ Konqresinin ermənipərəst senatoru Cek Rid Birləşmiş Ştatların idxal-ixrac bankının prezidenti Fred Hoçberqə məktub ünvalayıb və sənəddə öz narahatlığını ifadə edib. Məktubda ermənipərəst senator Azərbaycanın əldə etdiyi süni peykdən hərbi məqsədlərlə istifadə edəcəyinə dair ciddi narahalığını ifadə edib.
Öz növbəsində bank rəhbəri Fred Hoçberq cavab olaraq onu narahatlığa heç bir əsasın olmadığını əmin edib. Bankın cavab məktubda yazılıb ki, kreditin verilmə qaydalarına əsasən, istənilən ölkəyə süni peykdən istifadə qadağan edilir. Bundan başqa, bildirilir ki, bank proqram çərçivəsində inspektor yoxlamaları aparmaq hüququna malikdir və eləcə də Azərbaycan hökuməti hər il süni peykin istifadə edilməsi haqda hesabat təqdim etməli olacaq.
Qeyd edək ki, Azərbaycanın süni peyk proqramı ətrafında mövcud vəziyyət, yaranmış çətinliklər barədə daha ətraflı bazar günü saat 21.00-da ANS-in "Hesabat" verilişində danışılacaq.





Baxış sayı: 8706

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024