12px13px15px17px
Tarix:18/07/14

Nazir Əli Abbasov Azərbaycanı RRB-nin Rabitə Administrasiyası Başçıları Şurasının 49-cu iclasında təmsil edib

15-17 iyul tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin (RRB) MDB sahə nazirləri və Rabitə Administrasiyası Başçıları Şurasının 49-cu və MDB ölkələrinin Koordinasiya Şurasının 20-ci iclasları keçirilib.
 
İclaslarda Azərbaycanı  rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.



 

Tədbir zamanı MDB ölkələrinin rabitə, informasiya, telekommunikasiya və radio-televiziya şəbəkələrinin səmərəli işi, şəbəkələrarası problemlərin sərhəd zonalarında tənzimlənməsi məsələlərinin həllinə dair müzakirələr aparılıb.
 



İclaslarda Azərbaycan nümayəndə heyəti ölkədə aparılan islahatlar, həmçinin TASİM/EuraCA, 2015-ci ildə ölkəmizdə  keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıq üzrə  telekommunikasiya şəbəkələrinin vəziyyəti haqda iştirakçılara məlumat verib  və müzakirələrdə iştirak ediblər.
 



 İclaslar çərçivəsində Qazaxıstanın sahə üzrə naziri, həmçinin "Kazaxtelecom" əsas telekom operatorunun iştirakı ilə keçirilən ikitərəfli görüşdə TASİM/EuraCA layihələrinin regionun telekom və internet infrastrukturunun inkişafında mühüm rolu müzakirə edilib, Azərbaycanın telekom operatoru və "Kaztelekom"un birgə iştirakı ilə Xəzəraltı kabel çəkilişinin sentyabr ayında həyata keçirilməsi  qərara alınıb.
 
Məlumat üçün bildirək ki, avqust ayında Qazaxıstan tərəfinin mütəxəssisləri bu layihənin texniki və maliyyə aspektlərini müzakirə etmək üçün Bakıya səfərə gələcəklər.
Eyni zamanda, səfər müddətində nazir Əli Abbasov rusiyali həmkarı ilə ikitərəfli görüş keçirib.
 
Görüşdə  "BakuTel-2014" Beynəlxalq sərgi və konfransı çərçivəsində imzalanması nəzərdə tutulan "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və mobil operatorları ilə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiya Nazirliyi və mobil operatorları arasında beynəlxalq rouminq xidmətləri tariflərinin endirilməsinə dair Anlaşma Memorandumu"nun layihəsi ilə əlaqədar yekun danışıqlar aparılmış, o cümlədən TASİM/EuraCA layihələrinin həyata keçirilməsində rusiyalı operatorların maraqlı olduğu bir daha vurğulanıb.
 
Səfər çərçivəsində iclasda iştirak edən Belarus, Tacikistan administrasiya rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib , həmçinin iclasda Koreyanın Busan şəhərində keçiriləcək BTİ-nin Səlahiyyətli Konfransı zamanı seçkili orqanlara iddialı ölkələrin namizədlərı, xüsusilə Çin, Böyük Britaniya, Koreya, Türkiyə, Rusiya, Kanada, Nigeriyanın nümayəndələri ilə görüşlər keçirilib, ölkəmizin BTİ-nin əsas orqanı hesab edilən Şurasına namizədliyinin dəstəklənməsi üçün qarşılıqlı razılaşmalar əldə edilib.
 
Bundan başqa, 2-5 dekabr tarixində Bakıda keçiriləcək "BakuTel-2014" beynəlxalq sərgi-konfransında bu ölkələrin milli pavilyonlarla təmsil olunması, məhsul və xidmətlərinin nümayiş etdirilməsi  razılaşdırılıb.



Baxış sayı: 1186

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2021

22 04 2021

22/04/21
“Samsung” şirkəti köhnə smartfonları “ağıllı” ev qurğularına çevirəcək

“Samsung Electronics” şirkəti tərəfindən elan edilən “Galaxy Upcycling at Home” təşəbbüsü çərçiv

22/04/21
Virtual reallıq bazarında 51 faizlik illik artım gözlənilir

Dünya virtual reallıq bazarının illik həcmi 51,1 faiz (CAGR göstəricisi) artaraq 2026-cı ildə 100 milyard

22/04/21
“Instagram”da yeni funksiya əlçatan olacaq

“Instagram”da istifadəçilərə təhqiramiz ifadələrdən ibarət mesajları gizlətməyə imkan verəcək yeni funksi

22/04/21
Ən populyar smartfon istehsalçısı açıqlanıb

“Samsung” şirkəti 2021-ci ilin birinci rübünün yekunları üzrə ən böyük smartfon

22/04/21
“Apple” şirkətinin “AirTags” “ağıllı” cihazı xəritələrin köməyi ilə əşyaları tapmağa imkan verəcək

“Apple” şirkəti başqa əşyaları tapmağa kömək edəcək “AirTags” adlı ilk “ağıllı” cihazını təqdim

22/04/21
“Siemens” və “Google” süni intellekt sahəsində əməkdaşlıq edəcək

Almaniyanın sənaye nəhəngi “Siemens” və “Google” korporasiyası prosesləri optimallaşdırmağa və zavodların

22/04/21
“Amazon” Londonda yeni texnologiyanın sınaqdan keçiriləcəyi bərbərxana açıb

“Amazon” şirkəti Londonda sənayedə ən yeni texnologiyaların sınağının planlaşdırıldığı “Amazon Salon” adl