waplog

Azərbaycanlı şagirdlər informatika və informasiya texnologiyaları üzrə beynəlxalq distant müsabiqəyə qoşulacaqlar


Azərbaycanlı şagirdlər “Bebras” İnformatika və informasiya texnologiyaları üzrə beynəlxalq distant müsabiqəyə qoşulacaqlar. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, “Bebras" (“Qunduz”, “Bobyor”) müsabiqəsinin keçirilməsində əsas məqsəd informasiya və kommunikasiya texnologiyaları sahəsinə marağın artırılması, eləcə də informatika fənninin bütün məktəblilər üçün əsas elm sahəsinə çevrilməsinə xidmət etməkdən ibarətdir.

Səfirimiz Kanadanın texnologiya üzrə təcrübələrini Azərbaycanla bölüşməsi üçün görüşlər keçirib


Azərbaycan Respublikasının Kanadadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Şəfiyev Alberta əyalətinə işgüzar səfəri çərçivəsində paytaxt Edmonton şəhərində növbəti görüşlərini keçirib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Baharın Azərbaycana qədəm qoyacağı vaxt müəyyənləşib


Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-si Bakı vaxtı ilə təxminən saat 15:02 radələrində baş verəcək. “ICTnews” elektron xəbər xidmətinin AMEA-ya istinadən verdiyi məlumata görə, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev martın 19-da Günəşin səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcəyini deyib.

Onlayn sistemi ilə işləyən kazino-qumarxana aşkarlanıb


Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Z.Tağıyev qəsəbəsi ərazisindəki internet-klubların birində qəsəbə sakini Alı Rəsulovun onlayn sistemi ilə kazino-qumarxana təşkil etməsi müəyyən edilib.

Dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı ilə bağlı təlim keçiriləcək


Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında 12 mart 2012-ci il tarixində imzalanmış Anlaşma Memorandumuna əsasən, 2012 - 2013-cü illərdə “Qərarların qəbulu və dövlət gənclər siyasətinin icrasında gənclərin iştirakı” adlı birgə layihə həyata keçirilir.

Tələbələrin hazırladığı robotlar yarışacaq


Azərbaycanın gənc mühəndislər birliyi olan Xəzər Mühəndislər İctimai Birliyi (XMİB) yeniliklərə imza atmağa davam edir. Belə ki, bu il Gənclər və İdman Nazirliyinin dəstəyi ilə tələbələr arasında növbəti müsabiqə təşkil olunur. Lakin bu dəfə yarışanlar tələbələr deyil, onların idarə etdiyi robotlardır.

Fləş-kartlar haqqında maraqlı faktlar


Fləş-yaddaş hazırlaması üzərində işlərə hələ ötən əsrin 70-ci illərinin əvvəllərində başlanılıb və o, 1984-cü ildə işıq üzü görüb. Hazırda fləş-kartlar mənfi 30-dan müsbət 80 dərəcəyədək istiliyə tab gətirir.

“ASAN”-ın yeni xidmət mərkəzi açılıb


Möhsün Sənani, 21 ünvanında “ASAN xidmət”in yeni xidmət mərkəzi fəaliyyətə başlayıb. Akademik Həsən Əliyev küçəsində avtomobil sıxlığını və müraciət edən vətəndaşların çoxluğunu nəzərə alaraq, yeni ünvanda da vətəndaşlara xidmət göstəriləcək.

Yerli bank “PİN Change” xidmətinə qoşulub


“TuranBank” bütün plastik kart müştərilərinə “Pin Change” xidmətini təqdim edir. “ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, indi “TuranBank”ın plastik kart müştəriləri “Pin Change” xidmətinin köməyi ilə öz plastik kartlarının mövcud Şəxsi Eyniləşmə Nömrəsini (PİN kodu) istədikləri kod ilə dəyişə biləcək.

Tıxacların yaranma səbəbi məlum olub


Mobil telefonlar vasitəsilə toplanılmış məlumatlara əsasən, ilk dəfə olaraq tıxacların yaranma səbəbini aydınlaşdırmaq mümkün olub. Boston nümunəsində məlum olub ki, avtomobillərin şəhər küçələrində toplanmasında yalnız pis vəziyyətdə olan yollardan istifadədə sürücülərin bir neçə faizi günahkardır.

Yaxın gələcəkdə nəzarətçi-müəllimlərə dair məlumat bazalarında kağız daşıyıcılar tamamilə ləğv ediləcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş yeni proqram sistemlərinin ilkin təqdimatı keçirilib və müvafiq mövzular ətrafında müzakirələr aparılıb.

Metropolitendə texnoloji vasitələrin köməyi ilə xətlərin ayrılmasında “Yeni Avstriya” metodu tətbiq ediləcək


Bakı Metropolitenində (BM) mövcud xətlərin nizamlı fəaliyyəti təmin ediləcək. Bu məqsədlə xətlərin ayrılmasını Fransanın tikinti nəhəngi “Buiq”lə (fr.-“Boygues”) yerli “Akkord” şirkəti birlikdə həyata keçirəcəklər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə BM-dən məlumat verilib.

Bakı Metropoliteninin texnoloji korpusu ən müasir texnologiyalarla təchiz ediləcək


Bakı Metropoliteninin (BM) əsas “düşünən beyni” - idarəetmə mərkəzi olacaq texnoloji korpusun inşası bu il yekunlaşacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə BM-dən məlumat verilib.

Yol polisi qanunsuz parklamaya qarşı yeni texnologiyadan istifadə edəcək


Azərbaycan paytaxtında fəaliyyət göstərən yol polisləri şəhərin icazə verilməyən hissələrində avtomobillərini park edən sürücüləri cərimələmək üçün yeni texnologiyadan istifadə edəcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, yol polisi artıq bununla bağlı Bakı sakinlərinə və sürücülərə xəbərdarlıq edib.

Qazaxıstanlı alimlər Azərbaycanda ixtisaslarını artıracaqlar


Qazaxıstanın Aktau şəhərində yerləşən Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik Universitetinin əməkdaşları Azərbaycanda ixtisaslarını artıracaqlar. "ICTnews" elektron xəbər xidmətinə bu barədə AMEA Geologiya İnstitutundan (Gİ) məlumat verilib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 253 254 255 256 257 258 259 260 261 262 263 264 265 266 267 268 269 270 271 272 273 274 275 276 277 278 279 280 281 282 283 284 285 286 287 288 289 290 291 292 293 294 295 296 297 298 299 300 301 302 303 304 305 306 307 308 309 310 311 312 313 314 315 316 317 318 319 320 321 322 323 324 325 326 327 328 329 330 331 332 333 334 335 336 337 338 339 340 341 342 343 344 345 346 347 348 349 350 351 352 353 354 355 356 357 358 359 360 361 362 363 364 365 366 367 368 369 370 371 372 373 374 375 376 377 378 379 380 381 382 383 384 385 386 387 388 389 390 391 392 393 394 395 396 397 398 399 400 401 402 403 404 405 406 407 408 409 410 411 412 413 414 415 416 417 418 419 420 421 422 423 424 425 426 427 428 429 430 431 432 433 434 435 436 437 438 439 440 441 442 443 444 445 446 447 448 449 450 451 452 453 454 455 456 457 458 459 460 461 462 463 464
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL