12px13px15px17px
Tarix:25/04/12

Azərbaycan nümayəndə heyəti Belarusda “TİBO-2012” sərgisində iştirak edir

Azərbaycan nümayəndə heyəti aprelin 25-dən 28-dək Minskdə (Belarus) keçirilən TİBO-2012 telekommunikasiya, informasiya və bank texnologiyaları üzrə XIX Beynəlxalq ixtisaslaşmış sərgi-konqresdə iştirak edir.      

Tədbirdə dünya ölkələrinin rabitə, telekommunikasiya, proqram təminatı, bank texnologiyaları, ofis texnikası və istehlak elektronikası sahəsində uğurları təqdim olunacaq. Sərgi Belarusun sosial-iqtisadi inkişafı üçün informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəyə yardımçı olmaq məqsədi daşıyır.   
Azərbaycan nümayəndə heyəti sərgidə ölkənin İKT sahəsində son nailiyyətlərinin nümayiş olunduğu milli stendlə təmsil olunur. 

Qeyd edək ki, Azərbaycan, Rusiya, Qazaxıstan, Latviya, Litva, eləcə də beynəlxalq təşkilatların – Regional Rabitə Birliyinin (RRB), Avrasiya İqtisadi Komissiyasının nümayəndə heyətlərinin iştirak etdiyi TİBO-2012-də dünyanın 14 ölkəsinin 200-ə yaxın şirkəti öz məhsullarını nümayiş etdirir. 




Baxış sayı: 1267

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024