12px13px15px17px
Tarix:04/09/12

“Elektron hökumət” portalına yeni e-xidmətlər əlavə edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS)  qoşulub.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, xidmət tərəfindən təqdim olunan 4 elektron xidmət "ehdis.az"-a inteqrasiya edilib.

Bu xidmətlərə baytarlıq preparatları, yem və yem əlavələrinin dövlət reyestrinə alınması və idxal-ixracı zamanı icazənin verilməsi, baytarlıq preparatları və yemin Azərbaycan Respublikasında qeydiyyata alınması üçün tələb olunan sənədlər, dövlət baytarlıq nəzarətində olan yüklərin, eləcə də diri heyvan və quşların idxal-ixracı zamanı icazənin verilməsi e-xidmətləri daxildir.




CAHANGİR




Baxış sayı: 534

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2020

20 09 2020