12px13px15px17px
Tarix:03/10/12

“Aztelekom” İB-də bütün iş tamamilə avtomatlaşdırılıb

“Aztelekom” İB-də şöbələrin funksional fəaliyyətləri tamamilə  avtomatlaşdırılıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə  birliyin informasiya texnologiyaları şöbəsinin rəisi Ədalət Abbasov məlumat verib. Onun sözlərinə görə, birlik üzrə son zamanlar  Hüquq şöbəsi, Operativ İdarəetmə şöbəsi, Təhlükəsizliyə Nəzarət Qrupu, Baş energetikin fəaliyyətlərinin avtomatlaşdırılması üçün müxtəlif proqram təminatları hazırlanaraq istismara verilib.

Belə ki, “Aztelekom” İB-nin  Kabel Magistrallarının Texniki Qovşağı və Telekommunikasiya qovşaqları üzrə rabitə qurğularının və avadanlıqlarının zədələnməsindən dəymiş zərərin ödənilməsi ilə əlaqədar görülən bütün hüquqi tədbirlər bir mərkəzdə cəmləşib. Şöbə rəisi bildirdi ki, bütün ödəmələr, zədələnmələrlə bağlı hüquqi sənədlərin, onların məlumatlarının “Sistem”də saxlanılması, hər bir zədələnməyə görə görülən bütün tədbirlərə “Aztelekom” İB-nin Hüquq şöbəsində nəzarət edilir. Bütün həyata keçirilən tədbirlərlə bağlı  məlumatların elektron arxivinin yaradılması, sənədlərin elektron variantda hərəkəti və icrası təmin edilib.

Bundan əlavə birlik üzrə magistral kabellərdə baş vermiş zədələnmələr və görülən tədbirlərin Operativ idarəetmə şöbəsində hesabatı və arxivləşdirilməsi də tam avtomatlaşdırılıb.

Ümumi Təhlükəsizliyə Nəzarət Qrupu tərəfindən nəzarət olunan kameralarda görüntülərlə bağlı nasazlıqların və  baş vermiş hadisələrin qeydiyyatının aparılması, sənədlərin elektron variantda hərəkəti və arxivləşdirilməsi sistemi istifadədədir.

Birlik üzrə enerji sərfiyyatına nəzarət, yerlərdə hər bir TKQ üzrə müxtəlif yanacaq növləri üzrə sərfiyyatın qeydiyyatının həyata keçirilməsi, qoyulmuş limitlərə əməl olunmasına nəzarət və s. elektron formada olmaqla rəhbərliyin tam nəzarətindədir.

RƏVAN




Baxış sayı: 955

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 May 2019

20 05 2019

20/05/19
“Google” istifadəçilərin satınalmasını izləyir?

“Google” istifadəçilər tərəfindən edilmiş satınalmalar haqqında informasiyanı yadda saxlayır. “CNBC”-nin

20/05/19
Cənubi Koreya hökuməti “Linux” sistemindən istifadəyə başlayacaq

Cənubi Koreya Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin nümayəndələri ölkə hökuməti tərəfindən istifad

20/05/19
Avropa İttifaqında kiberhücumlara sanksiyaların tətbiqi üçün mexanizm hazırlanıb

Avropa İttifaqında miqyaslı kiberhücumlara cavab olaraq sanksiyaların tətbiqinə imkan verən xüsusi mexan

20/05/19
Növbəti nəsil atom saatı yaradılır

ABŞ Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) mütəxəssisləri növbəti nəsil eksperimental atom

20/05/19
“Huawei” smartfonları “Android” sistemini dəstəkləməyəcək

“Google” şirkəti ABŞ Prezidenti Donald Trampın Çinin “Huawei” smartfon istehsalçısının avadanlığından

20/05/19
“Android” sisteminin hələ elan edilmiş versiyasında istifadəyə veriləcək yeni funksiya məlum olub

“Android” əməliyyat sisteminin hazırlanması üzrə məsul şəxs olan “Google” korporasiyasının vitse-prezid

20/05/19
Smartfonun tez sıradan çıxmasına səbəb olan vərdişlər açıqlanıb

Əksər hallarda istifadəçilərin öz hərəkəti smartfonun tez sıradan çıxmasına səbəb olur. Ekspertlər smar