12px13px15px17px
Tarix:03/10/12

Azərbaycanda elektron imza vəsiqəsi alınması prosedurları sadələşdirilir

Bundan sonra Azərbaycanda istənilən vətəndaş elektron imza vəsiqəsini daha asan qaydada əldə edə biləcək. Belə ki, hazırda elektron imza vəsiqəsi alınması   prosedurlarına yeniliklər edilərək, daha da sadələşdirilir.

Bu məqsədlə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən  elektron ərizə proqram məhsulu hazırlanıb. Bu proqramın köməyi ilə istənilən vətəndaş artıq internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər.

Hazırda da hər bir vətəndaş, dövlət hakimiyyəti orqanı və hüquqi şəxslərin səlahiyyətli nümayəndəsi bütün respublika ərazisini əhatə edən Qeydiyyat mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı ala bilir. Amma birbaşa  Qeydiyyat mərkəzlərinə müraciət etməklə elektron imza sertifikatı əldə etmək üçün Bakı şəhərində minimum 3 gün, regionlarda isə 7 gün vaxt lazımdır.

Bu vaxtın əsas hissəsi istifadəçi ərizələrinin Sertifikat Xidmət mərkəzlərinə, hazır məhsulların isə vətəndaşlara çatdırılmasına sərf olunur. Yenilik isə istifadəçilərə xidmət keyfiyyətini yüksəltmək, vətəndaşların rahatlığını, eləcə də operativliyi təmin etməklə yanaşı, elektron imza sertifikatlarının alınmasında yarana biləcək vaxt itkisinin qarşısını da alacaq.




Baxış sayı: 905

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Sentyabr 2020

20 09 2020