12px13px15px17px
Tarix:04/10/12

E.Vəlizadə: “RİTN tərəfindən genişzolaqlı internet xidmətlərinin hər bir kənddə təşviqi ilə bağlı layihə hazırlanır”

Ölkədə genişzolaqlı internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər davam etdirilir. Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə məlumat verib.

Nazir müavini bildirib ki, hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən genişzolaqlı internet xidmətlərinin hər bir kənddə təşviqi ilə bağlı layihə hazırlanır: "Layihənin məqsədi ölkəmizdə internetin inkişaf səviyyəsini daha da yüksəltməkdir. Bu gün respublikada kəndlərin 35 faizi artıq fiber-optik kabellərlə əhatə edilib. Qarşıya qoyulan məqsəd digər kəndlərə də bu xidmətlərin çatdırılmasıdır. Layihənin icrasına gələn ildən başlamağı planlaşdırırıq və qısa zamanda həllinə nail olunacaq".

E.Vəlizadənin sözlərinə görə, hazırda ölkə əhalisinin 65 faizi internet istifadəçisidir. Onların 30 faizi genişzolaqlı internetdən istifadə edənlərdir: "Genişzolaqlı internet istifadəçilərinin təxminən yarısı isə regionların payına düşür. Ümumiyyətlə, regionlarda genişzolaqlı internetin inkişafı üçün bütün şərait var. Bu gün regionlarda 10-dan artıq internet-provayder şirkəti fəaliyyət göstərir, eyni zamanda qiymət siyasəti də münasibdir. Belə ki, əgər bir neçə ölkədə paytaxtla regionlar arasında internet xidmətlərinin qiyməti fərqlənirsə, bizdə qiymət eynidir".

"Xalq kompüteri" layihəsinə də toxunan nazir müavini qeyd edib ki, layihə  çərçivəsində 18 mindən artıq kompüter güzəştli şərtlərlə əhaliyə satılıb. Layihədən yararlanan alıcıların yarıdan çoxu isə ölkənin rayonlarının payına düşür

. E.Vəlizadə Azərbaycanın ilk peykinin buraxılması ilə bağlı sualı da cavablandırıb:  "Azərbaycan hazırda "Azərspace-1" peykinin orbitə buraxılması üçün növbəsini gözləyir. Peykin buraxılmasından sonra Avropa, Asiya və Afrika ölkələri onun imkanlarından yararlana biləcək. Artıq bu ölkələr tərəfindən peykə böyük maraq göstərilir".
 
HƏQİQƏT




Baxış sayı: 1120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Sentyabr 2020

19/09/20
“Microsoft Edge”nin yeni funksiyası əməli yaddaşa və prosessora yüklənməni azaldır

Bir çox istifadəçilər brauzerində onlarla vərəq açmağa vərdiş ediblər 

19/09/20
ABŞ Ticarət Nazirliyi sentyabrın 20-dən “WeChat” və “TikTok”u qadağan edəcək

ABŞ Ticarət Nazirliyi sentyabrın 20-dən etibarən ölkə ərazisində Çinin “WeChat” və 

19/09/20
Dünyada ən kiçikölçülü ultrasəs detektoru hazırlanıb

Helmholtz Zentrum München və Münhen Texniki Universitetinin (TUM) tədqiqatçıları dünyada ən kiçikölçül&u

18 09 2020

18/09/20
Çində “5G” istifadəçilərinin sayı 110 milyon olub

Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) rəhbəri Ven Ku Çünsində

18/09/20
“eSIM” texnologiyası “Əşyalar interneti”nə sürətlə nüfuz edir

“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək “Əşyalar interneti (IoT)

18/09/20
“Bluetooth”da aşkar edilmiş boşluq milyardlarla qurğunu təhdid edir

Milyardlarla smartfon, planşet, noutbuk və “Əşyalar interneti” qurğuları bu yay aşkar edilmiş proqram səh

18/09/20
Smartfonlar bazarı pandemiyaya uyğunlaşır

“International Data Corporation” (IDC) şirkəti tədqiqat apararaq dünya smartfonlar bazarında pandemiya və

18/09/20
“Corsair Vengeance i7200” kompüteri “Intel Comet Lake” çipi ilə təchiz edilib

“Corsair” şirkəti “Intel Comet Lake” aparat platforması və “Windows 10 Home” əməliyyat sistemindən

18/09/20
Yığcam “Sony Xperia 5 II” smartfonu təqdim edilib

“Sony” şirkəti sahə üzrə bazarda ən keyfiyyətli displeylərdən biri ilə təchiz edilmiş yığcam “Xperia 5 II

18/09/20
“Xiaomi Redmi Smart TV A55” televizoru 260 dollar qiymətləndirilir

“Xiaomi” şirkəti 55 düym diaqonallı “Redmi Smart TV A55” televizor modelini təqdim edib.

18/09/20
“Panasonic” süni intellektin inkişafına 150 milyon dollar yatıracaq

“Panasonic” şirkəti neyron şəbəkələri əsasında kompüter təlimi texnologiyalarına və süni intellekt sistem