12px13px15px17px
Tarix:05/10/12

Elektron hökumət” portalına daxilolma çox sadədir

"Elektron hökumət" (e-gov) portalına daxilolma vasitələri maksimum sadələşdirilir. Artıq vətəndaşın portala giriş imkanlarını təsdiqləyən vasitələri əldə etməsi üçün hansısa quruma müraciəti vacib deyil. Hər bir vətəndaş internetin olduğu istənilən məkandan, o cümlədən də evdən "e-gov" portalına giriş imkanı verən prosedurları həyata keçirə biləcək.

Bu fürsəti vətəndaşların rahatlığı, portaldan daha səmərəli istifadəsi məqsədilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən həyata keçirilən növbəti yenilik qazandıracaq. Belə ki, Elektron Xidmətlər Portalına 3 yolla daxil olmaq mümkündür. RİTN tərəfindən verilən  e-imza kartı ilə daxil olmaq üçün yalnız RİTN tərəfindən fiziki və ya hüquqi  şəxs kimi e-imza kartı almış vətəndaş autentifikasiya olaraq bölməyə daxil ola bilər. Həmçinin hüquqi şəxslər RİTN tərəfindən verilmiş e-imza kartı ilə autentifikasiya olaraq bu bölmənin müxtəlif xidmətlərindən istifadə edə bilərlər.

"E-gov" portalında "Elektron Hökumət Sistemi tərəfindən vətəndaşa verilmiş kod ilə daxil olmaq" bölməsində isə hüquqi və fiziki şəxslər, o cümlədən dövlət qulluqçuları verilmiş kod, parol ilə sistemə daxil olaraq müxtəlif xidmətlərdən istifadə edə bilərlər. "Fərdi sahibkarın (vergi ödəyicisinin) istifadəçi kodu ilə daxil olmaq" bölməsində isə vergi ödəyiciləri, sahibkar kimi vahid pəncərə sistemi ilə Vergilər Nazirliyində qeydiyyatdan keçdiyi zaman onlara verilən istifadəçi kodu  və parolu vasitəsilə sistemə daxil olub müxtəlif xidmətlərdən istifadə edə bilərlər.

Vətəndaşlar tərəfindən Elektron Xidmətlər Portalına girişi sadələşdirmək və daha da asanlaşdırmaq üçün MHM tərəfindən yeni elektron xidmət hazırlanıb. Bu xidmət istifadəçi ilə bağlı məlumatların sistemdə tanınması-identifikasiya edilməsi üçün yeni üsulların tətbiqini nəzərdə tutur. Belə ki, portaldan istifadə etmək istəyən vətəndaş əvvəllər ona kod və parolun verilməsi üçün müvafiq qurumlara ərizə ilə müraciət etməli idi. Bu da növbələrə və vaxt itkisinə səbəb olurdu. 

Bundan sonra isə  elektron qaydada müraciətlə proses xeyli sadələşdiriləcək. Əvvəllər kod və parolun verilməsi  üçün yalnız şəxsiyyət vəsiqəsində yer alan məlumatlar yetərli və əsas sayılırdısa, indi bu prosesdə vacib sənəd olan şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi  və  ümumvətəndaşlıq pasportu (xarici pasport),  sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsinin birinin olması da mütləqdir.

Bu sənədlər elektron ərizə ilə müraciət zamanı vətəndaşla bağlı məlumatların düzgünlüyünü, həqiqiliyini yoxlamaq üçün dəqiqləşdirmə aparılmasına, bu məlumatların sistem tərəfindən yoxlanmasına - identifikasiya edilməsinə yaranan ehtiyacı aradan qaldıracaq. Bundan sonra identifikasiya vasitəsi olaraq, sadalanan sənədlərdən birinin məlumatları ilə şəxsiyyət vəsiqəsindəki məlumatların tutuşdurulması təmin ediləcək, eyniliyi yoxlanılacaq. Qeyd edək ki, yenilik "Elektron hökumət" portalı istifadəçilərinin əhatə dairəsini xeyli genişləndirəcək.




Baxış sayı: 740

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Aprel 2020

07/04/20
Qrafik prosessor istehsalçısı “COVID-19” ilə mübarizə üçün “HPC” konsorsiumuna qoşulub

“NVIDIA” şirkəti yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə yönələn “High Performance Com

07/04/20
“Snapdragon 712” prosessoru və ikiqat selfi kamera ilə təchiz edilmiş “vivo V19” smartfonu təqdim edilib

“Vivo” şirkətinin qurğular çeşidinə “vivo V19” adlı model də əlavə edilib.

07/04/20
“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib

ABŞ-ın “Apple” şirkəti koronavirusun yayılması ilə mübarizə aparmaq məqsədilə 20 milyondan çox tibbi mask

07/04/20
“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb

Cənubi Koreyanın “Samsung” şirkətinin ilin əvvəlində “CES 2020” beynəlxalq elektronika sərgisində təqdim

06 04 2020

06/04/20
Rəqəmsal xidmətləri əlçatan edən “evdeqal.az” saytı istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının 

06/04/20
“Skype”ın yeni funksiyası qeydiyyatsız və proqram quraşdırmadan ünsiyyət saxlamağa imkan verir

“Skype”da qeydiyyatdan keçmək asan prosedurdur. Lakin evdən kənarda zəng etmək lazım olduqda kənar qurğud

06/04/20
Biomühəndislər təhlükəsiz neyron implantları çap etməyi öyrəniblər

Beyin insanın ən həssas orqanlarından biridir. Epilepsiya, parkinson və ağır depressiya kimi bir sıra xəs

06/04/20
“Apple” smartfonları üçün sualtı interfeys hazırlanır

Əksər müasir smartfonlar suya dalmağa dözümlüdür. Lakin belə şəraitdə sensor ekrandan normal istifadə çət

06/04/20
Evdən işləyənlərə haker hücumları barədə xəbərdarlıq edilib

Kibertəhlükəsizlikdə ixtisaslaşan “Herjavec Group” şirkətinin baş direktoru Robert Eryaves koronavirus in

06/04/20
İlk “Realme” televizorunun diaqonalı nə qədər olacaq?

Məşhur smartfon istehsalçısı kimi tanınan Çinin “Realme” şirkəti tədricən yeni istehlak elektronikası seq

06/04/20
“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib

“Xiaomi” şirkətinin daşınan elektronika çeşidinə “Haylou” brendinə məxsus yeni “ağıllı” saat əlavə ed

06/04/20
“Google” pandemiya dövründə insanların hərəkət etməsini izləyən sayt təqdim edib

ABŞ-ın “Google” şirkəti servis istifadəçilərinin bütün dünya üzrə müxtəlif yerlərdə olması barədə he

06/04/20
Yeni tip ekranlar gözdən əlillərə şəkilləri "görməyə" imkan verir

Müasir noutbuk və kompüterlər gözdən əlillərə mətni barmaqlarının ucu ilə oxumağa imkan verən xüsusi Bray

06/04/20
Ən məhsuldar “Android” smartfonları məlum olub

Mobil telefonların məhsuldarlığını qiymətləndirən “AnTuTu” şirkəti ən güclü smartfonların aylıq siyahısın