12px13px15px17px
Tarix:09/10/12

Bakıda telefon abunəçiləri telefon xətti vasitəsi ilə televiziyaya baxırlar

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi  tərəfindən Bakıda  İPTV xidmətləri genişləndirilib. "ICTnews" elektron xəbər xidmətinə müsahibəsində bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirov məlumat verib.

Onun sözlərinə görə, burada söhbət yeni İP TV xidmətlərindən gedir. Birliyin nəzərdə tutduğu yeni xidmətlər artıq tam şəkildə istifadəyə verilib. Bununla bağlı birliyin 1 aylıq pulsuz sınaq yayımından 1000 nəfər telefon abunəçisi istifadə edib. Kampaniya bitməsinin ardınca bu abunəçilərin böyük əksəriyyəti 4 manat aylıq abunə haqqı ödəməklə bu xidmətdən yararlanmağa başlayıblar.

 E.Qədirovun sözlərinə görə, yeni xidmət əvvəlki İPTV platformasından fərqli olaraq MPEQ 4 sistemi üzərindən istifadəçilərə çatdırılır ki, bu da digər kabel TV-lərdən daha yüksək keyfiyyətli görüntü deməkdir. İlkin mərhələdə 100 TV kanalın yayımlanması, sonradan bu kanalların sayının artırılması nəzərdə tutulur.

Qeyd edək ki, burada sorğu əsasında video, virtual kinozal, real zamanda televiziya proqramını geriyə çəkməklə yenidən  baxmaq, sorğu əsasında televiziya kimi servislərlə yanaşı, İPTV üzərindən axtarış, yeniliklər, çat, hava haqqında məlumat, fotolar, xəritə, mobil telefondan idarəetmə, ani mesajlaşma kimi xidmətlərin də tətbiqi mümkündür.
 
RƏVAN





Baxış sayı: 1569

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2020

20 02 2020

20/02/20
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çə

20/02/20
“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20/02/20
"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların

20/02/20
“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm

20/02/20
Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin

20/02/20
Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyas

20/02/20
Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk,

20/02/20
Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəq

20/02/20
“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)

Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın “Space Adventures” şirkəti “SpaceX” korporasiy

20/02/20
Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə