12px13px15px17px
Tarix:15/10/12

“Elektron hökumət” portalı və elektron imza saytının “Facebook” sosial şəbəkəsində səhifələri yaradılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “Elektron hökumət” portalı və elektron  imza saytının “Facebook” sosial şəbəkəsində səhifələri yaradılıb.

Bundan sonra internet istifadəçiləri elektron imza (http://www.facebook.com/eimza.az?fref=ts), eləcə də “Elektron hökumət” portalı ilə bağlı ən son yenilikləri (http://www.facebook.com/egov.az?fref=ts ) sosial şəbəkə vasitəsilə də izləyə biləcəklər. 

Xatırladaq ki, bir müddət əvvəl MHM tərəfindən hazırlanan elektron xidmət sayəsində “Elektron hökumət” (http://www.e-gov.az/) portalına daxilolma vasitələri daha da sadələşdirilib. Hazırda artıq hər bir vətəndaş internetin olduğu istənilən məkandan bu portala giriş imkanı verən prosedurları həyata keçirə bilir.

Portaldan istifadə etmək istəyən vətəndaş ona kod və parolun verilməsi üçün elektron qaydada müraciət edir, bu prosesdə şəxsiyyət vəsiqəsi ilə yanaşı, vətəndaşın öz adına olan mobil telefon nömrəsi və ümumvətəndaşlıq pasportu (xarici pasport), sürücülük vəsiqəsi, Dövlət Sosial Sığorta Şəhadətnaməsi kimi müvafiq sənədlərin birindən istifadə olunur.

Eyni zamanda MHM tərəfindən hazırlanmış elektron ərizə proqram məhsulu da artıq istifadədədir. Bu proqramın köməyi ilə istənilən vətəndaş “http://www.e-imza.az/” saytına daxil olaraq, internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilir.

HƏQİQƏT




Baxış sayı: 2164

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024