12px13px15px17px
Tarix:30/11/12

RİTN-in nümayəndə heyəti “CeBIT Eurasia Bilisim 2012” sərgisində iştirak edir

Azərbaycan Rabitə və İnformasiya  Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti “CeBIT Eurasia Bilisim 2012” informasiya texnologiyaları, telekommunikasiya, proqram təminatı və İKT xidmətləri  beynəlxalq sərgisində iştirak edir.

29 noyabr tarixində Türkiyənin İstanbul şəhərində işə başlayan “CeBIT Eurasia Bilisim 2012”  dekabr ayının 2-nə qədər davam edəcək.

Tədbir kompüter texnologiyaları sahəsi üzrə geniş spektri əhatə etməklə regionda ən böyük və əhəmiyyətli sərgi hesab olunur. Sərginin əsas ekspozisiyasını bank texnologiyaları, kompüter elmləri, məişət elektronikası, informasiya texnologiyaları, internet, şəbəkə və təhlükəsizlik texnologiyaları, proqram təminatı və telekommunikasiya bölmələri təşkil edir. “CeBIT Eurasia Bilisim 2012”-də ən son texnologiya həllərini təqdim etmək üçün 1000-ə yaxın şirkət iştirak edir. Beynəlxalq tədbirdə 70-dən çox ölkədən təqribən 150000 ziyarətçinin iştirakı gözlənilir.




Baxış sayı: 1326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024