12px13px15px17px
Tarix:25/12/12

“Aztelekom” “sifarişlərin elektron qəbulu, emalı və nəzarət” sistemini istismara verdi

"Aztelekom" İstehsalat Birliyində növbəti yenilik – "sifarişlərin elektron qəbulu, emalı və nəzarət" sistemi (SİNS) istismara verildi. Yeni sistem ölkə rəhbərliyinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", eləcə də informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi barədə tapşırığının regionlarda icrası kontekstində mühüm əhəmiyyət kəsb edəcək.

"Aztelekom" İB-nin göstərdiyi xidmətlər üzrə əhalidən sifarişlərin qəbulunun, sifarişlərin icrasına mərkəzləşdirilmiş qaydada nəzarətin, sifarişlərin icrasının hər bir anında tam məlumatın alınması və müraciətlərin səbəblərinin müəyyənləşdirilməsinin, icranın tam başa çatdırılmasının, göstərilmiş xidmətlərin haqlarının yığılmasının həlli zamanı müasir informasiya texnologiyaları vasitələrindən istifadə etməklə həyata keçirilməsi üçün vahid bir kompleksdə işləyən bir sistem yaradılıb.

Vətəndaşlardan sifarişlərin qəbulu həm sabit telefon şəbəkəsi, həm də mobil telefon şəbəkəsi vasitəsi ilə təşkil olunur. Sabit telefon şəbəkəsi vasitəsi ilə hər hansı xidmət haqda respublikanın istənilən bölgəsindən sifariş verildikdə sistem həmin sifarişi qəbul edərək mərkəzləşdirilmiş bazaya daxil edir.

Mobil telefon şəbəkəsindən sms (mesaj) vasitəsi ilə sifariş verilməsi üçün vətəndaş mətnində nasaz telefon nömrəsini, qeydini (irad və təklifini), adı və soyadını yazmaqla əvvəlcədən müəyyən edilmiş prefiksə sms göndərir. Göndərilmiş sms yaradılmış proqram təminatı vasitəsi ilə təhlil olunaraq avtomatik olaraq sistemin mərkəzləşdirilmiş bazasına işlənir (hal-hazırda mobil telefon şəbəkəsindən sms vasitəsi ilə sifarişlərin göndərilməsinin istismara verilməsi işləri son mərhələdədir).


Qəbul edilmiş sifarişlər yaradılmış proqram təminatı vasitəsi ilə əvvəllər istifadə edilən "nəzarət vərəqəsi"nə uyğun olaraq təsdiqlənmiş müvafiq formada bütün TKQ-lərdə müvafiq əməkdaşların kompüterində (yalnız hər müəssisə üzrə özlərinə aid olanlar) monitora avtomatik olaraq onlayn rejimdə ötürülür. Daxil olan sifarişçilərin yoxlanması, icra üçün xətt və ya stansiya xidmətlərindən birinə ötürülməsi, nəzarətdə saxlanması və zədələnmə növünü şifrələrlə qeyd etməklə tam icrasının təmin edilməsi proqram təminatı vasitəsi ilə həyata keçirilir.

Yaradılmış proqram təminatı vasitəsi ilə "abunəçi kartotekası" tam elektronlaşıb. Yaradılmış elektron abunəçi kartotekaları abunəçiyə aid məlumatların və telefon nömrələrinin texniki göstəricilərinin, həmçinin telefon nömrələrində baş vermiş nasazlıqların tam uçotunun aparılması və arxivləşdirilməsinin, statistik məlumatların alınmasının həyata keçirilməsinə imkan verir. Abunəçi siqnalizasiyasına çıxan nömrələrin yerli mütəxəssislərin iştirakı və müdaxiləsi olmadan mərkəzdən müstəqil şəkildə götürülməsi və sistemə daxil edilməsi həyata keçirilir. SİNS vasitəsi ilə mərkəzdən hər bir TKQ-də abunəçi sifarişlərin, həmçinin digər vətəndaşların Birliyin bütün xidmət sahələri üzrə təklif və müraciətlərinin qəbul olunmasından tam icra olunmasına qədər proses boyu bütün mərhələlərdə nəzarət, zəruri təhlillərin həyata keçirilməsi və operativ müdaxiləyə imkan yaranır.

"Aztelekom" İstehsalat Birliyi tərəfindən göstərilən xidmətlərin haqqının elektron ödəniş sistemləri ilə yanaşı, birliyin "vahid kart" vasitəsi ilə ödənişinin aparılması üçün yaradılmış proqram təminatının da yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır ki, bu da yaradılmış sistemi tamamlayır. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma və s. üçün daha telekommunikasiya qovşaqlarına getmədən, birbaşa yeni sistemə qoşulmaqla elektron xidmətdən istifadə edə, həmçinin təklif və rəylərini sistem vasitəsi ilə çatdıra bilərlər. Yeni sistemin ən vacib üstünlüyü istifadəçilərin rahatlığını təmin etmək, vaxt itkisinin qarşısını almaq, bürokratik əngəllərə birmənalı olaraq son qoymaq, xidmətlərin təşkilində tam şəffaflıq mühiti yaratmaqdır. Eyni zamanda, yeni sistem "kağızsız texnologiya"nın tətbiqi sayəsində rabitə müəssisələrində çalışanların da işlərini nəzərəçarpacaq ölçüdə yüngülləşdirəcək.

Həqiqət İSABALAYEVA



Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2019

22/11/19
Toxunuşları məsafədən hiss etməyə imkan verəcək simsiz sensor hazırlanıb

Çin və ABŞ alimlərindən ibarət qrup tərəfindən virtual və əlavə edilmiş reallıq üçün yeni simsiz interfe

22/11/19
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur

Saray qəsəbəsi, Atyalı Nübar qəsəbəsi, Novxanı bağları, Goradil, Məhəmmədli, Qobustan kəndi, Çaylı, Pirək

22/11/19
İşıq vasitəsilə internet bağlantısı qurulacaq

“Signify” şirkəti avtobusların işıq dalğaları vasitəsilə “Trulifi” adlı genişzolaqlı internet bağlantısı

22/11/19
Çexiyada iri İT şirkətləri üçün xüsusi vergi tətbiq ediləcək

Çexiya hökuməti ölkədə böyük texnoloji şirkətlər, o cümlədən “Google” və “Facebook”

22/11/19
YUNESKO süni intellekt sahəsində etik normalar hazırlayacaq

YUNESKO-ya üzv dövlətlər təşkilata süni intellekt sahəsində etik normalar hazırlamağı tapşırıblar. Bu haq

22/11/19
“WhatsApp” messencerində “Windows” sistemli mobil qurğuların dəstəklənməsi dayandırılacaq

"WhatsApp" messencerinin "Windows Phone" və "Windows 10 Mobile"

22/11/19
Rusiyalı fiziklər yüksəksürətli siqnalın uzaq məsafəyə ötürülməsi üzrə rekorda imza atıblar

Moskva Fizika Texniki İnstitutu , “T8” şirkəti və ABŞ-ın “Corning Incorporated” korporasiyasının fiziklər

22/11/19
Populyar “Android” proqramlarında yeniləmədən sonra boşluqlar qalır

“Google Play” kataloqunda yerləşdirilmiş populyar proqramların yeni versiyaları eyni boşluqlara malikdir

22/11/19
Ümumdünya Radiorabitə Konfransı öz işini davam etdirir

Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət 

22/11/19
“Ağıllı” təkər sürücüləri təhlükəli yol barədə xəbərdar edəcək

İtaliyanın “Pirelli” şirkəti yüksəksürətli beşinci nəsil mobil rabitə şəbəkələri (5G) daxilində qoşularaq

22/11/19
İstifadəçilər “Twitter”də öz nəşrlərinə cavabları gizlətmək imkanı əldə ediblər

“Twitter” adlı sosial şəbəkəyə malik ABŞ-ın eyniadlı şirkəti istifadəçilərə öz nəşrlərinə cavabları gizlə

21 11 2019

21/11/19
Dünyada ən böyük çip təqdim edilib

“Cerebras Systems” şirkəti “Supercomputing 2019” konfransı çərçivəsində dünyada hesablama

21/11/19
Bill Qeyts tərəfindən maliyyələşdirilən şirkət günəş enerjisi sahəsində irəliləyiş edib

Günəş elektrik enerjisi sahəsində təkmilləşdirmələr uzun müddət əsasən fotoelektrik elementlərin istehsal

21/11/19
Aeroport və mehmanxanalarda istifadə üçün robot süpürgəçi təqdim olunub

600-dək marşrutu yadda saxlayan və 3 saat ərzində avtonom işləyən yeni qurğu ilk növbədə aeroport və m

21/11/19
“Xiaomi” televizorları zəlzələlər barədə xəbərdar edəcək

“Xiaomi” şirkəti Çində “Əşyalar interneti”nin inkişafına həsr edilən tədbirdə “MIUI 11”

21/11/19
Dünya dövlət təşkilatlarının “DNS” hücumlarına görə illik itkiləri milyon dollarla ölçülür

“EfficientIP” tədqiqat şirkəti Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunun min aparıcı informa

21/11/19
“Telegram” yaradıcısı: “WhatsApp”da istifadəçi məlumatları qorunmur”

“Telegram” messencerinin yaradıcısı Pavel Durov “WhatsApp” mobil əlavə istifadəçilərini mümkün

21/11/19
Avstraliyada “Əşyalar interneti”nin təhlükəsizliyinin təmini üzrə kodeks layihəsi hazırlanıb

Avstraliya hökuməti “Əşyalar interneti”nin (IoT) təhlükəsizliyinin təmini üzrə kodeksin layihəsini dərc e

21/11/19
“Qualcomm” şirkəti “5G” smartfonlarının tədarük həcminin ildə 170%-dək artmasını proqnozlaşdırır

2021-ci ildə istehsalçılar “5G” şəbəkələrini dəstəkləyən təxminən 450 milyon smartfon tədarük edəcəklər,

21/11/19
“Microsoft”un korporativ messencerinin auditoriyası 20 milyon istifadəçini ötüb

“Microsoft Teams” korporativ messencerinin aktiv auditoriyasının sayı 20 milyondan çoxdur. 2019-cu ilin

21/11/19
“Facebook” memlərin hazırlanması üçün mobil tətbiqini sınaqdan keçirir

“Facebook” şirkəti istifadəçilərə ən populyar memlərin müxtəlif variantlarını hazırlamağa imkan verən yen

21/11/19
Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında gizlilik qaydalarını pozan tətbiq “Google Play Store” və “App Store”dan silinib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Ghosty” tətbiqi