12px13px15px17px
Tarix:29/12/12

CƏLİL CƏFƏROV: “HƏLƏ ƏSAS ARZUMUZ REALLAŞMAYIB ”

Hər bir idman növünün cəmiyyətə sevdirilməsində, ona olan marağın artmasında, çılğın azarkeşlərin çoxalmasında ən başlıca məqsəd qələbələrin əldə olunmasıdır. Çünki idmançılar qələbə qazandıqca, bayrağımız uzaq-uzaq məmləkətlərdə dalğalandıqca insanların həmin idman növünə marağı, meyli və sevgisi xeyli artır.

Bu baxımdan deyə bilərik ki, dünya və Azərbaycan qadın voleybolunda özünəməxsus yeri olan və bu idman növünü bizə daha da sevdirən amillərdən biri də «Rabitə-Bakı» klubunun bir-birinin ardınca əldə etdiyi nailiyyətlərdir - o nailiyyətlər ki, onların miqyası barəsində bir zamanlar, sadəcə, xəyal etmək olardı. Fantastik nəticələr əldə edən voleybolçu qızlardan ibarət «Rabitə-Bakı» voleybol komandasına bu gün inam və sevgi hədsiz böyükdür.

Ötən illər olduğu kimi, 2012-ci ildə də «Rabitə-Bakı»komandası bir çox ilklərə və uğurlara imza atıb. Klubun prezidenti Cəlil Cəfərov görüləcək işlər və qarşıdakı planlar barədə sualları cavablandırıb.

- Cəlil müəllim, artıq 2012-ci ili başa vururuq. Bu il də «Rabitə-Bakı» komandası və ümumilikdə “Rabitə” voleybol klubu üçün olduqca uğurlu olub. 2012-ci ili necə xarakterizə edərdiniz?


- 2012-ci ildə uğurlarımız böyük oldu. Bildiyiniz kimi, «Rabitə-Bakı» komandası 2011-ci il - debüt ilində Dünya çempionu olmuşdu. Bu il isə voleybol tarixində ilk dəfə hər hansı bir dünya klubu 2 dəfə bir-birinin ardınca Dünya çempionatının finalına çıxa bildi - bunu edən isə hər hansı bir italyan və ya rus komandası deyil, məhz Azərbaycanın «Rabitə-Bakı» komandası oldu. Bu, həm Azərbaycan üçün, həm də «Rabitə-Bakı» klubu üçün olduqca fərəhverici haldır. Çünki ortada böyük bir nəticə var. Bu günə qədər isə belə bir nəticəyə heç bir komanda nail ola bilməyib. Bu, artıq bir faktdır.

Təbii ki, final mərhələsinə qədər irəliləmək, gümüş medala da sahib çıxmaq böyük bir nailiyyətdir. Bir nüansı da nəzərə almaq lazımdır ki, komandada böyük dəyişikliklər olmuşdu. Təbii ki, həmin ərəfədə komandanın hazırlıq mərhələsində olduğu diqqətdən yayınmamalıdır. Yəni tez bir zamanda “sezon”un əvvəli olaraq Dünya çempionatına çıxdıq. Bəlkə bu da bir böyük səbəb oldu ki, final oyununda layiqli oyun göstərə bilmədik.

Lakin digər fakt da ondan ibarətdir ki, finalda oynadığımız Braziliyanın «Sollis Nestle» klubunun oyunçuları bütünlüklə bu ölkənin yığma komandasının üzvləridir və onlar da London Olimpiadasında çempion olublar. Yəni çox güclü bir rəqiblə üz-üzə gəlmişdik. Lakin buna baxmayaraq əldə etdiklərimiz 2012-ci il üçün böyük uğurdur. Eyni zamanda «Rabitə-Bakı» komandası artıq Çempionlar Liqası yarışlarında qrup mərhələsində ən yüksək xal toplayaraq, yəni heç bir xal itirmədən, 6 oyunda maksimum 18 xal əldə edərək pley-off mərhələsinə çıxıb. Bu da bir ilkdir ki, buna da Avropada yalnız Azərbaycan klubu «Rabitə-Bakı» komandası imza atdı. Bilirsiniz ki, pley-off mərhələsi 2 etapdan ibarətdir.

Dekabrın 13-də Lüksemburqda püşkatma həyata keçirildi. Bu zaman bəlli oldu ki, biz Fransanın «Kan» klubu ilə qarşılaşacağıq. Əgər bu görüşdə qalib gələcəyiksə, onda sonrakı etap «Dinamo Kazan» və «Dinamo Moskva» klublarının qalibi ilə görüşəcəyik. Daha sonrakı mərhələ isə dördlər finalıdır. Artıq qərar verilib ki, finallar Türkiyənin İstanbul şəhərində keçiriləcək və ev sahibi yerli «Qalatasaray» klubudur. Təbiidir ki, bizim əsas məqsədimiz birinci növbədə dördlər finalına çıxmaq və layiqli oyunumuzu, gücümüzü göstərməklə Çempionlar Liqasında qalib gəlməkdir. - Ölkə daxilində olan voleybol klubları da artıq çox güclü kollektivə malikdirlər və yaxşı oyun sərgiləyirlər.

Bu yaxınlarda «Rabitə-Bakı» komandası «Lokomotiv» üzərində layiqli qələbə qazandı. Bu oyun haqqında nə deyə bilərsiz? - Sevindirici haldır ki, Azərbaycan çempionatı çox yüksək səviyyədə keçirilir. Çünki bütün klublar artıq çox gücləniblər. Həm «İqtisadçı», həm «Lokomotiv», həm «Azərreyl» tərkib etibarı ilə çox güclü komandalardır. Artıq Azərbaycan çempionatında oynamaq heç də asan deyil. Bunu açıq şəkildə deyirəm. Bu ərəfədə əgər biz «Lokomotiv»ə uduzardıqsa, hələlik liderliyi itirmiş olardıq. Bu da gələcək üçün böyük bir problem ola bilərdi.

Çünki hər bir itirilmiş xal gələcəkdə çempionluq üçün namizədlikdə problemli bir məsələyə dönə bilir. Ona görə də bu oyun zamanı əldə olunacaq xallar xüsusi əhəmiyyət daşıyırdı və biz də 3-1 hesabı ilə qələbə qazandıq.

- 2012-ci ildə komandaya yeni oyunçular cəlb olundu. Gələn il hansı mövqelərə yeni voleybolçuların transferi planlaşdırılır?

- Bilirsiniz ki, “sezon” 2013-cü ilin may ayına qədər davam edəcək. Çempionlar Liqasının dördlər finalı mart ayında olacaq. Bu “sezon” bitənə qədər bizim tərkibə hər hansı bir yeni oyunçu qatmaq fikrimiz yoxdur. Hesab edirik ki, tərkibdə artıq yetərincə normal oyunçular var. Sadəcə olaraq onlar üçün bir qədər vaxt lazımdır ki, bir yerdə daha çox oynasınlar.

Doğrudur, indi artıq xeyli dəyişiklik var. Taktiki dəyişikliklərin aparılmasının vacibliyi ortaya çıxmışdı. Çünki ötən il komandamız ən güclü rəqib olanda belə uduzmağımızın əsas səbəbi qəbulla bağlı idi. Qəbulda bizim çoxlu səhvlərimiz olmuşdu. Onları aradan qaldırmaq üçün təbii ki, bir çox oyunçuların dəyişilməsinə zərurət yaranmışdı.

Bu səbəbdən də bəzi addımları atmalı olduq. Hesab edirəm ki, artıq komandaya çox güclü oyunçular cəlb olunub. Bildiyiniz kimi, ötənilki heyətdən İrina Jurkova, Sanya Staroviç, Nataşa Krsmanoviç, Mira Qoluboviç, Dobriana Rabadjiyeva qalıb. Əlavə oyunçular sırasında isə dünya voleybolunun əfsanə voleybolçuları, dəfələrlə ən möhtəşəm titullara sahib oyunçular - Almaniyanın milli komandasının lideri Ancelina GRÜN-HÜBNER, Kolumbiya milli komandasının üzvü və bir oyunda ən çox xal toplamaq üzrə dünya rekordçusu (bir oyunda 54 xal) Madlen MONTANO, Dominikan milli yığmasının üzvü və eyni zamanda London Olimpiadasında ən güclü liberosu və müdafiəçisi adına layiq görülmüş Brenda KASTILYO, ABŞ yığmasının ən aparıcı voleybolçularından biri olan Foluk AKINRADEVO, Porto-Rikolu oyunçu Aurea KRUZ və dünyanın aparıcı oyun qurucularından olan Katarjina SKORUPA heyətə cəlb olunub. Mən hesab edirəm ki, potensialımız yetərincə yüksəkdir. Bundan sonra bizim uduzmağımız, sadəcə olaraq, təsadüf nəticəsində ola bilər ki, hansısa qeyri-adi nüans baş versin. Doğrudan da bu faktdır. Bunu da nəinki mən, bütün mütəxəssislər deyir. Çünki komanda olduqca güclüdür.

Biz də öz gücümüzə inanırıq və əminik ki, qalib gəlməyə qadirik. Hər hansı bir problem, komandada zədə olmasa, qarşıda bizi çox böyük qələbələr gözləyir. Get-gedə komanda öz gücünü göstərir. Bir komanda eyni tərkibdə nə qədər çox oyun keçirərsə, bu, daha yaxşıdır. Qələbələr üçün də işləmək lazımdır, çoxlu məşq etmək, oyunlara ciddi hazırlaşmaq lazımdı. Ümid edirik ki, böyük nəticələrimiz olacaq. Əlimizdən gələni edirik ki, qalib gələk.

- Bir idman növünün ölkədə daha da sevilməsi üçün qələbələr lazımdır. Qazandığınız bu möhtəşəm qələbələrdən sonra «Rabitə» klubu voleybolu hansı səviyyədə sevdirə bilib?

- Sözsüz ki, bir-birinin ardınca gələn qələbələr, uğurlar insanlara voleybolu bir daha sevdirir. Lakin mən bir məsələni xüsusi qeyd etmək istəyirəm. Biz nə qədər desək də, komandaya edilən kömək və komandanın başında duran rəhbərlik böyük əhəmiyyət kəsb edir. Təbii ki, bu istiqamətdə cənab nazir Əli Abbasovun dəstəyi böyükdür. Çünki cənab nazirin dəstəyi olmasaydı, komandamız bu səviyyəyə gəlib çıxmazdı. Onun təkidi ilə biz Çempionlar Liqasında addımlar atmışıq. Təbii ki, cənab nazirin məsləhətləri ilə bu səviyyəyə gəlib çıxa bilmişik. Çünki belə dəstək, belə kömək olmasa, səmimi şəkildə bildirim ki, kimliyindən asılı olmayaraq heç kim komandanı bu səviyyəyə gətirə bilməzdi. Bu bir faktdır. Çünki dəstək böyük rol oynayır.

Artıq «Rabitə-Bakı» bütün dünyada bir brend olaraq tanınır. Məhz buna görə də bizim borcumuzdur ki, «Rabitə» klubunu inkişaf etdirək, hər zaman da layiqli yerlərdən birini əldə edək. Doğrudur, hazırda nailiyyətlərimiz çoxdur. Dünya çempionu olmuşuq, 2 dəfə finala çıxmışıq. Ancaq bütün bunlara baxmayaraq ən böyük arzularımızdan biri hələ qalmaqdadır. Yəni Avropada Çempionlar Liqasında çempion olmaq istəyirik. Bunun üçün də həddindən artıq çalışırıq.

Mən inanıram ki, buna da gec-tez nail olacağıq.

- Cəmiyyətdə artıq belə bir inam da var. Digər komandalar yox, məhz «Rabitə-Bakı» komandasının qalib gələcəyini gözləyənlərin sayı durmadan artır…

- Doğrudan da cəmiyyətdə olan böyük inamı biz də hiss edirik. Bu inamın yaranması da əbəs deyil. Çünki az bir müddətdə «Rabitə-Bakı» komandasının böyük nəticələr göstərməsi böyük faktdır. Bunu nəinki Azərbaycan idmansevərləri, eləcə də bütün dünyanın mütəxəssisləri bildirir. Çünki 5 il müddətinə yaradılmış bir komanda gəlib dünya çempionu olursa, bu, heç də asan bir məsələ deyil. Kollektivi təşkil etmək, onu yaratmaq, işlətmək və qələbə istiqamətində aparmaq olduqca çətin prosesdir.

Bu gün bütün dünyada klubumuz tanınır və hər kəs bu klubda oynamağı arzulayır. Ona görə də biz çalışmalıyıq ki, bu adı aşağı salmayaq, qoruyaq və inkişaf etdirək. Çünki «Rabitə» klubu bizim adımızdır.

- Beynəlxalq aləmdə «Rabitə-Bakı» komandası ilə bağlı hansı fikirlər səslənir?

- Bildirim ki, ölkəmizlə yanaşı, beynəlxalq aləmdə də bizim klubla bağlı çox gözəl fikirlər var. Bilirsiniz ki, oktyabr ayında Qətərin paytaxtı Doha şəhərində keçirilən Dünya çempionatında Dünya Voleybol Federasiyasının yeni seçilmiş prezidenti bizim oyunumuzu seyr edərkən bildirdi ki, sizin çox böyük komandanız var və yaxın gələcəkdə «Rabitə-Bakı» komandası çox güclü klub olacaq. Hətta vitse-prezident də komandamız barəsində çox gözəl fikirlər söylədi. Çünki bütün işləri mütəxəssislər görürlər və bilirlər ki, əldə olunan nailiyyətlər heç də asanlıqla başa gəlmir. Kollektiv oynamaq lazım gələn idman növlərinin irəliyə aparılması heç də asan məsələ deyil. Bunu bütün dünya bilir.

Şükürlər olsun ki, «Rabitə» klubu qısa müddətdə çox böyük nəticələr əldə edib. 5 ildir bir-birinin ardınca Azərbaycan çempionu olur. Bütün bu faktlar onu göstərir ki, doğrudan da ciddi işlər aparılır. Artıq komandamız sıradan bir klub deyil. Təbii ki, bu bizim işimizi bir qədər çətinləşdirir. Çünki hər bir komanda «Rabitə-Bakı»ya qarşı oynayanda tam gücünü ortaya qoyur. Çünki hər kəs bilir ki, bizim komanda çox güclüdür.

- «Rabitə-Bakı» yenidən 2012-ci ilin ən yaxşı klub komandası seçilib. Bu barədə fikirlərinizi öyrənək...

- «Rabitə» voleybol klubu 2011-ci ilin yekunlarına görə də ilin komandası elan olunmuşdu. Bu il də ikinci dəfə olaraq ən yaxşı klub elan olunub. Mən hesab edirəm ki, bu, çox yüksək nəticədir. İki ildir bir-birinin ardınca buna nail olur. Bu münasibətlə də mən bütün rabitəçiləri təbrik edirəm. Sonda «Rabitə» voleybol klubunun kollektivi adından Azərbaycan xalqını Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edir, cansağlığı, uzun ömür, firavan həyat arzulayıram.

Seymur Qasımbəyli



Baxış sayı: 653

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2019

22/11/19
Toxunuşları məsafədən hiss etməyə imkan verəcək simsiz sensor hazırlanıb

Çin və ABŞ alimlərindən ibarət qrup tərəfindən virtual və əlavə edilmiş reallıq üçün yeni simsiz interfe

22/11/19
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur

Saray qəsəbəsi, Atyalı Nübar qəsəbəsi, Novxanı bağları, Goradil, Məhəmmədli, Qobustan kəndi, Çaylı, Pirək

22/11/19
İşıq vasitəsilə internet bağlantısı qurulacaq

“Signify” şirkəti avtobusların işıq dalğaları vasitəsilə “Trulifi” adlı genişzolaqlı internet bağlantısı

22/11/19
Çexiyada iri İT şirkətləri üçün xüsusi vergi tətbiq ediləcək

Çexiya hökuməti ölkədə böyük texnoloji şirkətlər, o cümlədən “Google” və “Facebook”

22/11/19
YUNESKO süni intellekt sahəsində etik normalar hazırlayacaq

YUNESKO-ya üzv dövlətlər təşkilata süni intellekt sahəsində etik normalar hazırlamağı tapşırıblar. Bu haq

22/11/19
“WhatsApp” messencerində “Windows” sistemli mobil qurğuların dəstəklənməsi dayandırılacaq

"WhatsApp" messencerinin "Windows Phone" və "Windows 10 Mobile"

22/11/19
Rusiyalı fiziklər yüksəksürətli siqnalın uzaq məsafəyə ötürülməsi üzrə rekorda imza atıblar

Moskva Fizika Texniki İnstitutu , “T8” şirkəti və ABŞ-ın “Corning Incorporated” korporasiyasının fiziklər

22/11/19
Populyar “Android” proqramlarında yeniləmədən sonra boşluqlar qalır

“Google Play” kataloqunda yerləşdirilmiş populyar proqramların yeni versiyaları eyni boşluqlara malikdir

22/11/19
Ümumdünya Radiorabitə Konfransı öz işini davam etdirir

Tədbirdə ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin Dövlət 

22/11/19
“Ağıllı” təkər sürücüləri təhlükəli yol barədə xəbərdar edəcək

İtaliyanın “Pirelli” şirkəti yüksəksürətli beşinci nəsil mobil rabitə şəbəkələri (5G) daxilində qoşularaq

22/11/19
İstifadəçilər “Twitter”də öz nəşrlərinə cavabları gizlətmək imkanı əldə ediblər

“Twitter” adlı sosial şəbəkəyə malik ABŞ-ın eyniadlı şirkəti istifadəçilərə öz nəşrlərinə cavabları gizlə

21 11 2019

21/11/19
Dünyada ən böyük çip təqdim edilib

“Cerebras Systems” şirkəti “Supercomputing 2019” konfransı çərçivəsində dünyada hesablama

21/11/19
Bill Qeyts tərəfindən maliyyələşdirilən şirkət günəş enerjisi sahəsində irəliləyiş edib

Günəş elektrik enerjisi sahəsində təkmilləşdirmələr uzun müddət əsasən fotoelektrik elementlərin istehsal

21/11/19
Aeroport və mehmanxanalarda istifadə üçün robot süpürgəçi təqdim olunub

600-dək marşrutu yadda saxlayan və 3 saat ərzində avtonom işləyən yeni qurğu ilk növbədə aeroport və m

21/11/19
“Xiaomi” televizorları zəlzələlər barədə xəbərdar edəcək

“Xiaomi” şirkəti Çində “Əşyalar interneti”nin inkişafına həsr edilən tədbirdə “MIUI 11”

21/11/19
Dünya dövlət təşkilatlarının “DNS” hücumlarına görə illik itkiləri milyon dollarla ölçülür

“EfficientIP” tədqiqat şirkəti Şimali Amerika, Avropa və Asiya-Sakit okean regionunun min aparıcı informa

21/11/19
“Telegram” yaradıcısı: “WhatsApp”da istifadəçi məlumatları qorunmur”

“Telegram” messencerinin yaradıcısı Pavel Durov “WhatsApp” mobil əlavə istifadəçilərini mümkün

21/11/19
Avstraliyada “Əşyalar interneti”nin təhlükəsizliyinin təmini üzrə kodeks layihəsi hazırlanıb

Avstraliya hökuməti “Əşyalar interneti”nin (IoT) təhlükəsizliyinin təmini üzrə kodeksin layihəsini dərc e

21/11/19
“Qualcomm” şirkəti “5G” smartfonlarının tədarük həcminin ildə 170%-dək artmasını proqnozlaşdırır

2021-ci ildə istehsalçılar “5G” şəbəkələrini dəstəkləyən təxminən 450 milyon smartfon tədarük edəcəklər,

21/11/19
“Microsoft”un korporativ messencerinin auditoriyası 20 milyon istifadəçini ötüb

“Microsoft Teams” korporativ messencerinin aktiv auditoriyasının sayı 20 milyondan çoxdur. 2019-cu ilin

21/11/19
“Facebook” memlərin hazırlanması üçün mobil tətbiqini sınaqdan keçirir

“Facebook” şirkəti istifadəçilərə ən populyar memlərin müxtəlif variantlarını hazırlamağa imkan verən yen

21/11/19
Elektron Təhlükəsizlik Xidmətinin müraciəti əsasında gizlilik qaydalarını pozan tətbiq “Google Play Store” və “App Store”dan silinib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) “Ghosty” tətbiqi