12px13px15px17px
Tarix:03/04/13

Peykimizin idarəetməsi tamamilə “Azərkosmos” ASC-nin ixtiyarına verildi

Azərbaycanın ilk peyki, "Azerspace-1" telekommunikasiya peykinin orbitdəki bütün sınaq prosesləri uğurla başa çatdıqdan sonra peykin idarəetməsi peykin istehsalçısı olan ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən 2 aprel 2013-ci il tarixindən etibarən tamamilə "Azərkosmos" ASC-yə təhvil verilib.

"Azərikosmos" ASC-nin ictimaiyyətlə əlaqələr üzrə idarəçisi Nigar Mədətli bildirib ki, "Azerspace-1" peykinin idarəetməsinin "Azərkosmos" ASC mütəxəssislərinə təhvil verilməsinə dair əməliyyatlar mart ayının 15-dən başlayıb, 2 aprel tarixində isə tam başa çatıb. Peyk artıq kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdədir.

"Hazırda "Azərkosmos" ASC-nin mütəxəssisləri Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzindən peykin idarəetməsi ilə məşğuldurlar və aidiyyəti əməliyyatları aparmaqdadırlar. Peyk həmçinin Naxçıvan Muxtar Respublikasında yerləşən Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzindən də izlənilə bilir".

N. Mədətli bildirib ki, orbitdə istismar müddəti ən az 16 il təşkil edəcək "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformalarının təmin edilməsi üçün nəzərdə tutulub.

"Azerspace-1" peykinin təkmil texnoloji dizaynı və geniş qoşulma imkanları vasitəsilə dünyanın təqribən 1/3 hissəsini əhatə edəcək, coğrafiya üzrə milyonlarca insan müasir informasiya və rabitə xidmətlərindən rahat istifadə edə biləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda, Qafqaz ölkələri, Avropa, Afrika, Mərkəzi Asiya və Yaxın Şərq regionunda mühüm iqtisadi rol oynayacaq".

Qeyd edək ki, 8 fevral 2013-cü il tarixində orbitə buraxılan "Azerspace-1" peykinin günəş panelləri və reflektorları planlaşdırıldığı kimi 15 fevral tarixində açılıb, 19 fevral tarixində isə peyk 46 dərəcə Şərq uzunluğunda yerləşən orbital mövqeyinə çatıb.

RƏVAN



Baxış sayı: 886

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Fevral 2020

22/02/20
“Huawei” 5G-nin kommersiya istifadəsi üçün 91 müqavilə bağlayıb

Çinin “Huawei” şirkəti 5G texnologiyasının kommersiya istifadəsi üçün  91 müqavilə bağlayıb

22/02/20
“Xiaomi” 100 ən innovativ şirkətlər siyahısına daxil edilib

“Clarivate Analytics Plc.” şirkətinin hesabatına əsasən, “Xiaomi” ikinci dəfə dünyanın 100 ən 

22/02/20
Yaponiya Marsın peykinə kosmik zond göndərəcək

Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentlyi (JAXA) Marsın Fobos peykinə zond göndərmək planı 

21 02 2020

21/02/20
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək

Cari ilin 2-6 mart tarixlərində ölkəmizdə II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək.

21/02/20
Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırıblar

Alimlər superkondensatorun sıxlığını 10 dəfə artırmağa nail olublar. İndi onların əsasında işləyən akk

21/02/20
“Google Play”dən zəhlətökən reklama malik yüzlərlə tətbiq silinib

“Google” şirkəti “Google Play” proqramlar mağazasından istifadəçilərə zorla reklam təqdim edən təxminən 6

21/02/20
“Əşyaların interneti” üçün yeni çip 5000 dəfə daha az enerji sərf edir

Yeni ixtira sayəsində “Əşyaların interneti” qurğularına enerji doldurma blokları və ya böyük ölçülü

21/02/20
“HTC” şirkəti gələcəyin qarışıq reallıq eynəyini nümayiş etdirib

Tayvanın “HTC” şirkəti yeni nəsil qarışıq reallıq eynəyi hazırlamaqla məşğuldur. Qurğunun ölçüləri artıq

21/02/20
“Microsoft” korporasiyası “iOS” və “Android” üçün öz antivirus həllini təqdim edəcək

“Microsoft” korporasiyasının portfoliosuna yalnız “Windows” əməliyyat sistemi və “Office” paketi

21/02/20
“Microsoft” Meksikada layihələrə 1,1 milyard dollar investisiya qoyacaq

Meksika Prezidenti Andres Manuel Lopes Obrador “Microsoft” şirkətinin beş il ərzində ölkədə informasiya t

21/02/20
“Apple” qurğularında standart proqramları dəyişmək mümkün olacaq

“Apple” şirkəti istifadəçilərə “iPhone” və “iPad” qurğularında standart mobil proqramları dəyişməyə i