12px13px15px17px
Tarix:08/07/13

“Azərspace-1” peyki ilə yayımlanan kanalların sayı 50-yə çatdırılıb

Müştəri marağının artırılması və tamaşaçıların seçim imkanlarının yüksəldilməsi məqsədilə "Azərspace-1" peyki vasitəsilə yayımlanan kanalların sayının artırılması və rəngarəngliyinin genişləndirilməsi davam edir.

Cari ilin 6 iyul tarixindən etibarən "Azərspace-1" peykindən ayı-ayrı ölkələrin ingilis, rus və türkdilli olmaqla 30-dan çox beynəlxalq və regional televiziya kanallarının yayımına başlanılıb. Yeni kanalların qəbul tezliyi – 11094 MHs, horizontal polyarizasiya, S/R-27500 Mb/svə11135MHs, horizontal polyarizasiya, S/R-27500 Mb/s-dir. Kanalların seçimində dil, yaş, janr qrupları və tamaşaçı kütlələrinin başlıca maraq dairələri nəzərə alınıb.

Xatırladaq ki, artıq 1 aydan çoxdur ki, "Azərspace-1" peykindən Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları (AzTV, İdman Azərbaycan TV, Mədəniyyət TV, İctimai TV, CBC Azerbaijan, Xəzər TV və Azad Azərbaycan TV) və bır sıra farsdilli kanallar da yayımlanmaqdadır. Hazırda, ümumilikdə "Azərspace-1" peykindən yayımlanan kanalların sayı 50-yə çatmışdır vəyayımlanan televiziya və radio kanallarının sayının mərhələli şəkildə daha da artırılması nəzərdə tutulur.

"Azərspace-1" peyki 2013-cü ilin fevral ayında 46 dərəcə şərq uzunluğundakı orbitə çıxarılmış və cari ilin may ayından etibarən kommersiya fəaliyyətinə başlayıb. "Azərspace-1" peykinin əhatə zonasına Avropa, Afrika, Qafqaz regionu, Yaxın Şərq və Mərkəzi Asiya regionları daxildir və peyk "Azərkosmos" ASC tərəfindən ən yüksək beynəlxalq tələblərə cavab verən yerüstü peyk idarəetmə mərkəzlərindən dayanıqlı və fasiləsiz idarə edilməkdədir.

Daha ətraflı məlumatı www.azercosmos.az  saytından əldə etmək olar.



Baxış sayı: 6197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyul 2019

15 07 2019

15/07/19
“Microsoft” qeyri-aktiv hesabları ləğv edəcək

“Microsoft” korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə başlayacaq. Bu barədə ABŞ korporasiyasının rəsmi saytında deyilir.

15/07/19
Fərdi kompüterlərin qlobal tədarükü 5 faiz artıb

Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük həcmi 4,7 faiz artaraq 64,9 milyon ədədə çat

15/07/19
“Microsoft Word” proqramının “Android” üçün tətbiqi 1 milyard dəfə quraşdırılıb

“Microsoft” korporasiyası bu yaxınlarda öz mobil proqramlarının irəliləyişində 

15/07/19
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 

15/07/19
“WhatsApp” göndərilmiş şəkli redaktə edəcək

“WhatsApp” messencerinin istifadəçiləri göndərilmiş şəkilləri redaktə edə biləcəklər

15/07/19
“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır

Çinin “Xiaomi” şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və təcrübi-konstruktor mərkəzi yaradacaq

15/07/19
İlk kompüter parolunun ixtiraçısı vəfat edib

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib

15/07/19
“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib

“Google” korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komanda