12px13px15px17px
Tarix:17/10/13

Şəmkirdə yeni DVB-T verici istismara verilib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İstehsalat Birliyi  Şəmkir rayonunun  Çənlibel və ətraf kəndlərində (Daşbulaq, Hacıalılar, Şeyidlər, Atabəy və Əhmədli)  əhalinin keyfiyyətli yayımla təmin olunması məqsədilə yeni DVB-T verici istismara verib.

Birlikdən verilən məlumata görə, Çənlibel RTS-də Litvanın “Vigintos Elektronika”  şirkətinin istehsalı olan 300 Vt-lıq yeni DVB-T vericisi quraşdırılaraq istismara verilib. Bunun nəticəsi olaraq, region əhalisi AzTV, “İdman Azərbaycan”, “Mədəniyyət TV”, İTV, ANS, “Lider”, “Space”, ATV, “Xəzər”, “TRT 1”, “Kanal D” və “ORT”  kanallarından ibarət sosial paketi izləmək imkanı əldə edib.

CAHANGİR



Baxış sayı: 613

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Sentyabr 2021

17 09 2021