12px13px15px17px
Tarix:15/05/14

Elektron imza istifadəçiləri üçün tam təhlükəsiz E-şifrləyici proqramı hazırlanıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi elektron xidmət sahəsində yeni addım atıb. “Microsoft”-un “Windows” əməliyyat sistemləri üçün nəzərdə tutulmuş yeni E-şifrləyici proqram təminatı istifadəçilərə təqdim edilib.

Bu proqramın köməyi ilə informasiyanın təhlükəsiz şəkildə mübadiləsi təmin olunur.
 
E-şifrləyici proqramı açıq açar kriptoqrafiyasına əsaslanaraq hazırlanıb. Açıq açar kriptoqrafiyasının bir növü olan asimmetrik şifrləmə əməliyyatından proqram yazılarkən istifadə olunub. Asimmetrik şifrləmə prosesi zamanı açar cütündən: açıq açar və gizli açar istifadə olunur.
 
Bir-biri ilə bağlı olan açarlar şəxsiyyətin kimliyini autentifikasiya etmək üçün yararlıdır. Açıq açar vasitəsilə şifrlənən məlumat yalnız həmin açara bağlı olan gizli açar vasitəsilə deşifrlənə bilər. Son zamanlar informasiyanın təhlükəsiz şəkildə ötürülmə problemlərini nəzərə alaraq yaradılan E-şifrləyici proqramı Milli Sertifikat Xidmətləri Mərkəzinin elektron imza sertifikatı ilə imzalanmış sənədlərin mübadiləsini təmin edir.
 
E-şifrləyici proqramı informasiyanın iki şəxs arasında təhlükəsiz mübadiləsi üçün istifadəyə verilib. Rahat və funksional istifadəyə malik proqram “MS Windows” platformasında istifadə üçün nəzərdə tutulub. E-şifrləyici proqramı “Visual Studio ortamında C#” proqramlaşdırma dilində hazırlanıb.
 
“Microsoft .Net Framework 3.5” və ondan daha yuxarı versiyaları dəstəkləyir. Şifrləmə prosesi AES simmetrik şifrləmə və RSA asimmetrik şifrləmə alqoritmlərindən istifadə ilə həyata keçirilir. İstifadə üçün elektron imza kartı, smart kart oxuyucu və internetə məhdudiyyətsiz çıxış tələb olunur.
 
 E-şifrləyici proqramı elektron imza kartı vasitəsilə açılır. İstənilən şəxsin sertifikatı vasitəsilə şifrlənən imzalanmış sənədi, yalnız həmin şəxsin elektron imza kartı vasitəsilə açmaq mümkündür. Bu, bir daha üçüncü şəxsin sənədə baxa bilməməsini və informasiyanın təhlükəsiz mübadiləsini göstərir. Proqram və onun istifadə təlimatı “www.e-imza.az”  saytında verilib.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1141

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

04/06/20
“Apple” şirkəti ABŞ-da etirazlar zamanı oğurlanmış “iPhone” smartfonlarını bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haq

04/06/20
“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb

“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas

04/06/20
Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

04/06/20
“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür

“Lenovo” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Chromebook Flex 3i” adlı

04/06/20
“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib

“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfo

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.