12px13px15px17px
Tarix:26/05/14

Aztəminatlı insanların “Elektron hökumət”ə imkanlı təbəqədən daha çox ehtiyacı var

Bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov "AzərTAc" informasiya agentliyinə açıqlamasında bildirib.
 
- Elektron xidmətlərin genişləndirilməsi, xüsusən də bu xidmətlərin əlçatanlığının təmin edilməsi istiqamətində əsas hədəflər hansılardır?
 
- "Elektron hökumət" və elektron xidmətlər yalnız dövlətlə vətəndaş, eyni zamanda kiçik və orta  həcmli müəssisələr  arasında rabitə vasitələri deyil, həm də yoxsulluğun və işsizliyin azaldılması üçün real platformalardır. Biz elə etməliyik ki, "Elektron hökumət" xidmətləri xalqın əsasən aztəminatlı təbəqəsinin, azgəlirli insanların evinə gedib çata bilsin. Bu kateqoriyadan olan insanların "Elektron hökumət"ə imkanlı təbəqədən daha çox ehtiyacı var.

Ölkəmizdə "Elektron hökumət"in hədəflərindən biri də Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, korrupsiya ilə mübarizə aparmaq, bürokratik əngəllərdən qurtulmaq, bütün insanların bu xidmətlərdən yararlanmasını təmin etməkdir və bir daha qeyd edim ki, bunun üçün ilk növbədə bütün vətəndaşların, əsasən də aztəminatlı insanların bu xidmətlərdən yararlanmasını təmin etməklə gözlənilən nəticələri əldə etmək mümkün olar. Məlum olduğu kimi, informasiya cəmiyyətinin quruculuğu üzrə ikinci strategiya qəbul edilib. Ölkədə 2020-ci ilə qədər bütün  bu xidmətlərin internet vasitəsilə hamı üçün əlçatan olması hədəflənir. Azərbaycanda "Elektron hökumət" proqramı iki istiqamətdə həyata keçirilir. Birincisi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  (RYTN) "Elektron hökumət" portalı vasitəsilə dövlət orqanlarının öz saytlarında yaratdıqları elektron xidmətlərin vahid pəncərə üsulu ilə təqdim olunmasıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən  artıq 300-dən çoxu elektron formada təqdim edilir və qalan xidmətlərin də tam təqdim olunması əsas məqsədlərimizdəndir.


İkinci məsələ bu xidmətlərin vətəndaş və iş adamlarına, o cümlədən ucqar kənd yerlərində əlçatan olmasını təmin etməkdir. Bu da infrastruktur məsələsidir. İndi ölkəmizdə fiber-optik şəbəkənin qurulması üzrə "Genişzolaqlı İnternetin İnkişafı" layihəsi əsasında işlər davam etdirilir və layihə 2017-ci ildə başa çatacaq. 2017-ci ilin sonuna kimi Azərbaycan əhalisinin 85 faizi, o cümlədən bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı internetlə təmin olunacaq. Kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30, şəhər yerlərində isə 100 meqabit/saniyəyə çatdırılacaq.
 
 
 



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

04/06/20
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və YUNESKO-nun təşəbbüsü və dəstəyi, 

04/06/20
“Apple” şirkəti ABŞ-da etirazlar zamanı oğurlanmış “iPhone” smartfonlarını bloklayıb

“Apple” şirkəti ABŞ-da iğtişaşlar zamanı soyğunçular tərəfindən oğurlanmış smartfonları bloklayır. Bu haq

04/06/20
“Zoom” müxtəlif ölkələrin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb

“Zoom” müxtəlif ölkələrdə təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Şirkətin əsas

04/06/20
Yeni “Nokia” televizoru nümayiş olunub

Bu gün 43 düym diaqonallı yeni “Nokia Smart TV” modelinin təqdimatı keçirilib.

04/06/20
“Lenovo Chromebook Flex 3i” noutbukunun ekranı 360 dərəcə dönür

“Lenovo” şirkəti “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Chromebook Flex 3i” adlı

04/06/20
“Samsung” şirkəti “5G” dəstəkli smartfonlar üçün yeni “OLED” ekran təqdim edib

“Samsung Display” şirkəti məxsusi olaraq beşinci nəsil mobil rabitə şəbəkələrini (5G) dəstəkləyən smartfo

04/06/20
“Chromium” mühərrikinə əsaslanan yeni “Microsoft Edge” brauzeri “Windows 10” istifadəçilərinə əlçatan olub

Hələ 2015-ci ildə təqdim edilmiş “Microsoft Edge” brauzeri uzun müddət “Internet Explorer”in yeni tərtiba

04/06/20
“Samsung Galaxy Note 20 Ultra” modelinin ilk fotoşəkilləri dərc edilib

“SM-N986U” model nömrəli “Samsung” smartfonu bu yaxınlarda “Bluetooth SIG” təşkilatında sertifikasiyada

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.