12px13px15px17px
Tarix:26/08/14

Bakıda Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 29-cu iclası işə başlayıb

Bu gün Bakıda Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın 29-cu iclası işə başlayıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbiri Rusiya kütləvi informasiya və rabitə nazirinin müavini və Beynəlxalq əməkdaşlığın əlaqələndirilməsi üzrə komissiyanın sədri Rəşid İsmaylov açıq elan edib.
 
“Bugünkü tədbir çərçivəsində Beynəlxalq təşkilatlarla əməkdaşlıq ilə bağlı qərarlar, 2018-ci ildə keçiriləcək Beynəlxalq Rabitə İttifaqının Rabitənin inkişafı üzrə ümumdünya konfransının təşkili ilə bağlı hazırlıq işləri,  2014-cü ildə keçiriləcək Beynəlxalq Rabitə İttifaqının Səlahiyyətli Konfransına hazırlıq tədbirləri, RRB ilə regional təşkilatlar arasında İKT və rabitə sahəsində əməkdaşlıq proqramının layihəsi müzakirə ediləcək”, - deyə nazir müavini qeyd edib.
 
Tədbirin rəsmi açılışında çıxış edən Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov bu tədbirin RRB ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib.
“Bildiyiniz kimi, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sektoru neçə illərdi ki, prioritet inkişaf sahəsi olaraq qalır və intensiv inkişaf edir. Bu il nazirliyin adı dəyişib və səlahiyyətləri daha da genişlənib. Artıq nazirliyin nəzdində Milli Nüvə Tədqiqatları Mərkəzinin yaradılması istiqamətində işlər, nanotexnologiyalar sahəsində araşdırmalar aparılır. Eyni zamanda innovasiyaların təşviq edilməsi üçün İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyət göstərir və bir sıra digər mühüm layihələr həyata keçirilir”, - deyə nazir müavini qeyd edib.
 
Aynur Vəliyeva  



Baxış sayı: 952

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024