12px13px15px17px
Tarix:16/09/14

Azərbaycanda DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsi genişləndirilib

Respublika ərazisində DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədi ilə daha 15 ədəd vericinin quraşdırılması işi başa çatdırılıb.
 
 “Teleradio” İstehsalat  Birliyindən verilən məlumata görə, vericilər  Şamaxı rayonu, Nağaraxana RTS-də, Quba rayonunun Çiçi kəndində, Göygöl rayonu, Çaylı RTS-də, Tovuz rayonu, Yuxarı Öysüzlüdə, Gədəbəy rayonu, Xar-Xar RTS-də, Daşkəsən rayonunun Xoşbulaq, Qazax rayonunun Kəmərli, İsmayıllının Lahıc, Yardımlının Alar, Tovuzun Əsrik Cırdaxan kəndlərində və başqa ərazilərdə  quraşdırılaraq istismara verilib.
 
Qeyd edək ki, “Teleradio” İB digər aidiyyəti ərazilərin də  DVB-T yayımı ilə təmin olunması üzrə işləri davam etdirir.
 
CAHANGİR



Baxış sayı: 1395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024