12px13px15px17px
Tarix:09/10/14

Məlumat Hesablama Mərkəzi dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqinə başlayıb

“Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”nin 3.1.56-cı yarımbəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 may 2010-cu il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin 4.1-ci yarımbəndinin tələblərinə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən dövlət qurumlarında müvafiq monitorinqlərin keçirilməsinə başlanılıb.
 
Monitorinqin keçirilməsində başlıca məqsəd dövlət reyestrinə daxil edilmiş informasiya sistemlərində (İS) fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə, habelə məlumatların və onların işlənmə üsullarının İS-lərinin bəyan olunmuş məqsədlərinə, eyni zamanda İS-lərinin "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”ə uyğunluğunun yoxlanılmasıdır.
 
Artıq MHM-in işçi qrupu tərəfindən Dövlət Sosial Müdafiə Fondunda, İqtisadiyyat və Sənaye Nazirliyində, Dövlət Miqrasiya Xidmətində və Ədliyyə Nazirliyində müvafiq informasiya sistemlərinin monitorinqləri keçirilmiş və həmin qurumların mülkiyyətçisi olduğu İS-lərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmışdır.
 
 Digər dövlət qurumlarında analoji monitorinqlərin keçirilməsi tərtib edilmiş qrafikə uyğun planlaşdırılır. Monitorinq zamanı qurumların İS-ləri və ehtiyatları yerində öyrənilir və monitorinqlər başa çatdıqdan sonra digər dövlət qurumları tərəfindən bir sıra elektron xidmətlərin göstərilməsi üçün həmin quruma məxsus İS-lərinin "Elektron hökumət” portalına qoşulması və uyğun servislərin verilməsi və eyni zamanda əksinə, həmin qurumun digər dövlət qurumlarının uyğun servislərinə qoşulması üçün konkret təkliflər hazırlanacaq.
 
Monitorinqlərin əsas məqsədi həm də, informasiya ehtiyatlarının qanunvericiliklə müəyyən edilmiş şəkildə toplanılması, mühafizə edilməsi və digər dövlət qurumlarına "bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət, çatışmazlıqların müəyyən edilməsi və onların aradan qaldırılması üçün təkliflərin və tələblərin hazırlanmasından ibarətdir.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Oktyabr 2019

16 10 2019

16/10/19
“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib

“Google” şirkəti USB daşıyıcı formasında hazırlanmış miniatür təhlükəsizlik açarını təqdim edib. “Titan S

16/10/19
“Adobe” məhsullarında 80-dən çox boşluq aradan qaldırılıb

“Adobe” şirkəti “Acrobat” və “Acrobat Reader”, “Experience Manager” və “Download

16/10/19
Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğun

16/10/19
Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı 

16/10/19
“Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71%-dən çox artıb

Məlum olduğu kimi, “Microsoft” şirkəti bir neçə ay sonra “Windows 7” əməliyyat sisteminin dəstəyini dayan

16/10/19
“Google Pixelbook Go” noutbukunun təqdimatı olub

“Google” şirkəti ənənəvi oktyabr tədbirində yeni “Pixelbook Go” noutbukunu rəsmən təqdim edib.

16/10/19
“Google” hərəkət sensoruna malik ilk smartfonunu təqdim edib

ABŞ-ın “Google” şirkəti tərəfindən təqdim edilmiş “Pixel 4” smartfonu hərəkət sensoru və təkmilləşdirilm

16/10/19
Sahibini izləyən robot-çamadan təqdim edilib

İtaliyanın “Vespa” motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən “Gita”