12px13px15px17px
Tarix:25/11/14

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası yeni qərar qəbul edib

 
 

 
AZƏRBAYCAN RESPUBLİKASININ
RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİNİN
KOLLEGİYASI


 
QƏRAR




 
№ 06
 
Bakı şəhəri                                                                                    30.10.2014-cü il
 
 
"Poçt rabitəsinin Milli operatoru tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları"nın ləğv edilməsi haqqında
 
 
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19iyun tarixli 185 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə"nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyası
 
QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2013-cü il 7 may tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş və 20 may 2013-cü il tarixində Hüquqi Aktların Dövlət Reyestrinə 15201305070005 nömrəsi ilə daxil edilmiş "Poçt rabitəsinin Milli operatoru tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi Qaydaları"ləğv edilsin.

2. Hüquq və insan resursları  şöbəsinə(B. Məmmədov) tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün  3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Bu qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.

4. Sənədlərlə iş və təminat şöbəsinə(İ. Tağıyev) tapşırılsın ki, bu qərarın surətinin RYTN-in struktur bölmələrinə, strukturuna daxil olan qurumlara və strukturuna daxil olmayan tabeliyindəki qurumlara göndərilməsini təmin etsin.

5. Qərarın icrasına nəzarət Aparatın rəhbəri V.Zeynalova həvalə edilsin.
 
 
 
Sədr,
Nazir                                                                  Ə.M. Abbasov
 
Katib,
SİŞ-in müdiri                                                       İ. Tağıyev
 



Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2020

20 02 2020

20/02/20
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çə

20/02/20
“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20/02/20
"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların

20/02/20
“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm

20/02/20
Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin

20/02/20
Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyas

20/02/20
Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk,

20/02/20
Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəq

20/02/20
“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)

Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın “Space Adventures” şirkəti “SpaceX” korporasiy

20/02/20
Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə