12px13px15px17px
Tarix:03/12/14

Bakıda Azərbaycan - Türkiyə Yüksək Texnologiyalar Forumu keçirilib

Bu gün "Bakutel-2014" sərgi-konfransı çərçivəsində Bakı Biznes Mərkəzində Azərbaycan - Türkiyə Yüksək Texnologiyalar Forumu keçirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə  baş tutan tədbirdə hər iki ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış məşhur şirkətlərinin nümayəndələri iştirak edib.
 
Forumda rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə qardaş ölkələrin şirkətlərinin bir araya gəlməsinin, ortaq layihələr həyata keçirməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, aparılan müzakirələr, təcrübələrin bölüşdürülməsi mövcud əlaqələrin gələcəkdə daha da genişləndirilməsinə töhfə verəcək. Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğurlardan söz açan nazir müavininin sözlərinə görə, ölkədə İKT yüksək artım tempinə malik olmaqla digər sahələrin daha da irəliləməsinə təkan verir:
 
 "Fikirlərimə misal kimi, ümumi daxili məhsulda İKT-nin artan rolunu və sektor üzrə yatırılan investisiyanı göstərə bilərəm. Sektora qoyulan investisiyanın həcmi 2.5 milyard ABŞ dolları təşkil edir. Bunun bir hissəsi hökumət, digər hissəsi isə özəl qurumlar tərəfindən həyata keçirilib".
 
Azərbaycanın "İKT-yə dəstəkdə hökumətin rolu" indeksinə görə dünya ölkələri arasında ilk onluqda yerləşdiyini vurğulayan E.Vəlizadə əlavə edib ki, respublikanın bütün ərazisi tamamilə telefonlaşdırılıb:
 
 "Bu gün ən ucqar dağ kəndlərində belə telefon xətləri vardır. Azərbaycanda fəaliyyət göstərən hər üç mobil operator "3G" xidmətlərini göstərməkdədir. Bununla yanaşı, "4G" xidmətləri də mobil telefon istifadəçilərinə təqdim olunur".
 
Ölkə əhalisinin 75 faizinin internet istifadəçisi olduğunu, onların da 55 faizinin genişzolaqlı internetdən yararlandığını vurğulayan nazir müavini Azərbaycanın ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması ilə kosmik ölkələr sırasına daxil olduğumuzu qeyd edib.
 
TASİM layihəsinin reallaşdırılması istiqamətində davamlı işlərin həyata keçirildiyini söyləyən E.Vəlizadə Türkiyənin bu layihəyə dəstəyindən məmnunluğunu ifadə edib:
 
Sonra Azərbaycanda həyata keçirilən elektron hökumət quruculuğundan söz açan nazir müavini deyib ki, e-hökumətin formalaşdırılması üçün zəruri infrastruktur qurulub. Elektron xidmətlərlə bağlı vahid portalın yaradıldığını, 40 mərkəzi icra hakimiyyəti orqanının xidmətlərinin sözügedən portala inteqrasiya edildiyini vurğulayan E.Vəlizadə əlavə edib ki, hazırda vətəndaşlara 400-ə yaxın elektron xidmət göstərilir. "E-imza" nın tətbiqinin genişləndirildiyini, ondan yararlananların sayının gündən-günə artdığını bildirən nazir müavini ölkədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə nazirliyin fəaliyyət istiqamətlərinin genişləndirildiyini tədbir iştirakçıların diqqətinə çatdırıb:
 
 "Hazırda nazirlik təkcə rabitə və informasiya-kommunikasiya texnologiyaları sahələrində deyil, eyni zamanda nanotexnologiyalar, biotexnologiyalar, nüvə texnologiyaları üzrə də fəaliyyət göstərməkdədir. Artıq bu istiqamətlərdə də çox yaxşı nailiyyətlər əldə edilib. Bizim əsas hədəflərimizdən biri ixracyönümlü məhsulların istehsalıdır. Azərbaycanın şirkət və mütəxəssislərinin bölgə bazarlarına çıxmaqda əlavə üstünlükləri var. Çünki mütəxəssislərimiz həm rus dilini bilir, həm də regiondakı insanların düşüncə tərzinə bələddir. Bu da kadrlarımıza region insanlarına nəyin lazım olduğunu müəyyənləşdirməkdə yardımçı olur".
 
Daha sonra Türkiyə Cümhuriyyətinin İnformasiya Kommunikasiya Texnologiyalar  qurumunun sədri Tayfun Acarer dünyada internet istifadəçilərinin sayının durmadan artdığını bildirərək bu imkandan həm Azərbaycanın, həm də Türkiyənin yararlanmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, "ağıllı" telefonlara marağın artması, əşyaların internetə bağlanması hər bir İKT şirkəti üçün yeni imkanlar açır. Türkiyədə 50 milyon "3G" abunəçisinin olduğunu vurğulayan T.Acarer hazırda "4G" abunəçilərinin sayının getdikcə artmasına diqqət çəkib: "Bizi  maraqlandıran məsələlərdən biri də texnologiyanın artması, internet istifadəçilərinin çoxalması ilə şəbəkələrimizin bu yükləmələrə tab gətirməsi  ilə bağlıdır. Ona görə də, sürətlə fiber  internetə keçmək lazımdır".
 
"4G" texnologiyası ilə yeni proqram həllərinin meydana çıxacağını, yeni xidmət sahələrinin və iş yerlərinin yaranacağını deyən T.Acarerin sözlərinə görə, hazırda Türkiyənin İKT bazarı 44 milyard dollar civarındadır. Bu rəqəmin qarşıdakı illərdə artacağına diqqət çəkən sədr bütün dünyada olduğu kimi, Türkiyədə də mobil genişlənmənin çox sürətlə getdiyini söyləyib:
 
"Mobil internetin inkişaf etməsi, ucuz və sürətlə  ev telefonları ilə internetə qoşulmanı azaldır. Əgər bu rəqabətə davamlı olmaq istəyiriksə, o zaman fiber-optik xətləri mənzillərin qapılarına qədər aparmaq lazımdır".

Türkiyədə 146 dövlət qurumu tərəfindən 1000-dən çox elektron xidmətin təqdim olunduğunu vurğulayan T.Acarer hazırda İKT-nin təhsildə tətbiq edilməsi istiqamətində böyük işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, qardaş ölkənin məktəblərində kompüter otaqları yaradılır, təhsil ocaqlarının sürətli internetə qoşulması istiqamətində addımlar atılır.

Bundan sonra hər iki ölkənin İKT şirkətləri təqdimatlarla çıxış edərək fəaliyyət istiqamətləri, istehsal etdikləri məhsullar, göstərdiyi xidmətlər haqqında ətraflı məlumat veriblər.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 535

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Sentyabr 2019

14 09 2019

14/09/19
Polşa 2024-cü ilədək kibernetika qoşunları yaradacaq

Polşanın Milli Müdafiə Nazirliyi 2024-cü ilədək rəqəmli məkanda ölkənin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh 

14/09/19
“Microsoft” korporasiyası oktyabrın 2-də böyük tədbir keçirəcək

“Microsoft” korporasiyası jurnalistlərə oktyabrın 2-də Nyu-Yorkda keçiriləcək tədbirinə

14/09/19
İstanbulda yerləşən kafedə robotlar müştərilərə xidmət göstərməyə başlayıblar

Türkiyənin İstanbul şəhərində yerləşən kafedə