12px13px15px17px
Tarix:06/08/15

“Elektron hökumət” portalındakı e-xidmətlərdən istifadə sayı 14 milyonu ötüb

"Elektron hökumət" portalındakı e-xidmətlərdən istifadə sayı dinamik şəkildə artmaqdadır.
 
Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, 1 avqust 2015-ci il tarixə portalın istifadəçilərinin sayı 2,3 milyon nəfərdən çox olub və onlar 14,1 milyon dəfədən çox e-xidmətlərdən istifadə edib.
 
"Elektron hökumət" portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib və həmin vaxt portala cəmi 16 dövlət qurumu üzrə 50-yə yaxın elektron xidmət inteqrasiya olunmuşdu.
 
Hazırda isə portal üzərindən xidmət göstərən qurumların sayı 45-ə, təqdim edilən xidmətlərin sayı isə 409-a çatdırılıb.

 
CAHANGİR



Baxış sayı: 727

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024