12px13px15px17px
Tarix:11/08/15

TASİM Asiya-Sakit Okean informasiya super magistralının tərəfdaşı olacaq

Sentyabrın 1-2-də İnçxonda (Koreya) BMT-nin Asiya və Sakit Okean hövzəsi üzrə Komissiyasının (UNESCAP)  İşçi qrupunun növbəti sessiyası keçiriləcək.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Azərbaycanın təşəbbüsü ilə irəli sürülən Trans-Asiya Super İnformasiya Magistralı (TASİM) layihəsinin geniş təqdimatı keçiriləcək.
 
TASİM katibliyinin rəhbəri Zaur Həsənov təqdimatında yeni data mərkəzləri, internet mübadilə və bulud mərkəzlərinin yaranmasına, daha etibarlı  tutumlu xəttin qurulmasına, inşa olunmaqda olan Asiya Super İnformasiya Magistralına Azərbaycan layihəsinin mühüm töhfə verəcəyini qeyd etmək niyyətindədir.
 
Qeyd edək ki, UNESCAP-ın iyun ayında keçirilmiş sessiyasında TASİM-in Asiya-Sakit Okean informasiya super magistralının tərəfdaşı kimi qəbul edilməsi Asiya ilə Avropa arasında telekommunikasiya rabitəsinin keyfiyyətinin artırılmasında qənaətbəxş hesab edilib. Eyni zamanda, bununla bağlı artıq üzv-ölkələrin  BMT-nin Baş Assambleyasının 2009-cu, 2012-ci illərin dekabr aylarında və 2013-cü ilin sentyabr ayında qəbul edilmiş qətnamələri haqda bəhs edilib.
 
Aynur Vəliyeva



Baxış sayı: 885

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024