12px13px15px17px
Tarix:26/08/15

RYTN-in Mərkəzi Ekspert Komissiyası yaradılıb

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi Ekspert Komissiyası haqqında
 
ƏSASNAMƏ
 
 
1. Ümumi müddəalar
 
1.1. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (bundan sonra - Nazirlik) Mərkəzi Ekspert Komissiyası (bundan sonra - Mərkəzi Ekspert Komissiyası) sənədlərin (elektron sənədlərin) dövlət, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyinin ekspertizası, onların dövlət arxivinə təhvil verilməsi üçün seçilməsi, hazırlanması və bu sahədə metodiki və əməli işlərin təşkili və həyata keçirilməsi məqsədi ilə yaradılır.
 
1.2. Mərkəzi Ekspert Komissiyası daimi fəaliyyət göstərən məşvərətçi orqandır. İclaslar keçirərək kargüzarlıq və arxiv işinin təşkili ilə bağlı məsələləri müzakirə edir və onlara dair müvafiq qərarlar qəbul edir. Onun qərarları Nazirliyin rəhbərliyi, lazım gəldikdə isə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
 
 
1.3. Mərkəzi Ekspert Komissiyası öz işində Azərbaycan Respublikasının qanunlarını, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ı, “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında Əsasnamənin, Arxivlərin, arxiv fondlarının və sənəd kolleksiyalarının Milli arxiv fondunun tərkibinə daxil edilməsi, bu tərkibdən çıxarılması və ya məhv edilməsi Qaydasının, Qeyri-dövlət arxiv fondlarının mühafizəsi üzrə Qaydaların, Aşkar edilmiş və ya tapılmış arxiv sənədlərini aşkar edən və ya tapan şəxsləri mükafatlandırma Qaydasının, Dövlət arxiv fondunun sənədlərindən istifadə Qaydalarının və Beynəlxalq əməkdaşlıq məqsədi ilə sənədlərin və kolleksiyaların xaricə müvəqqəti aparılması Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 32 nömrəli qərarını, arxiv işi sahəsində qüvvədə olan digər normativ-hüquqi aktları, Nazirliyin əmr, sərəncam və göstərişlərini, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tövsiyə və təlimatlarını və bu Əsasnaməni rəhbər tutur.
 
 
2. Mərkəzi Ekspert Komissiyasının vəzifələri
 
 
2.1. Mərkəzi Ekspert Komissiyasının əsas vəzifələri aşağıdakılardır:
 
 
2.1.1. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzi arxivində (bundan sonra - Mərkəzi arxiv) olan sənədlərin (elektron sənədlərin) dövlət arxivinə təhvil verilmək üçün seçilməsi və hazırlanması məqsədi ilə bu sənədlərin (elektron sənədlərin) dövlət, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyinin ekspertizasını dövlət arxivinin Ekspert-Yoxlama Komissiyasının tövsiyə və təlimatları əsasında təşkil etmək;
 
2.1.2. dövlət arxivinə təhvil verilən sənədlərin (elektron sənədlərin) vəziyyətinin yoxlanılması, sənədlər (elektron sənədlər) və onlara əlavə olunan materiallar (aktlar, ümumi siyahılar, təsvirlər və s.) barəsində müvafiq tövsiyələr vermək;  
 
2.1.3. Mərkəzi arxivdə saxlanılan və saxlanma müddəti qurtardığına görə məhv edilməli olan sənədlər (elektron sənədlər) haqqında məsələyə baxmaq və qərarlar qəbul etmək.
 
 
3. Mərkəzi Ekspert Komissiyasının funksiyaları
 
 
3.1. Mərkəzi Ekspert Komissiyasının funksiyaları aşağıdakılardır:
 
3.1.1. sənədlərin (elektron sənədlərin) dəyərinin ekspertizası üzrə metodiki və praktiki işlərə, o cümlədən kargüzarlıq sənədlərinin təşkili (sənədlərin təsnifatı, işlərin nomenklaturasının tərtibi, onların arxivdə saxlanılması üçün hazırlıq işləri) məsələlərinə baxmaq, onları müzakirə etmək və bu təklifləri müzakirə edilməsi üçün dövlət arxivinin Ekspert-Yoxlama Komissiyasına təqdim etmək;
 
3.1.2. dövlət tərəfindən saxlanılmalı olan və saxlanılmalı olmayan sənədləri (elektron sənədləri), kargüzarlıq üzrə təlimat layihələrini, işlərin nümunəvi nomeklaturunu, saxlanma müddəti göstərilməklə sənədlərin (elektron sənədlərin) siyahısını, dövlət arxivlərində saxlanılmağa verilən sənədlərin (elektron sənədlərin) siyahısını, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların ekspert komissiyaları haqqında standart qaydaları, o cümlədən kargüzarlıq sənədlərinin təşkili məsələləri üzrə normativ metodiki vəsaitlərin layihələrini, dəyərli sənədlərin (elektron sənədlərin) ardıcıl saxlanılması və istifadəsi ilə bağlı ekspertiza işlərini baxılmaq üçün dövlət arxivinə təqdim etmək;
 
 
3.1.3. dövlət arxivlərinə ötürülməli olan sənədlərin (elektron sənədlərin) kargüzarlıq işlərinin aparılması mərhələləri və “MEK” işarəsi qeyd olunan sənədlərin (elektron sənədlərin) dəyərinin ekspertizası işləri nəzərə alınmaqla, Mərkəzi arxiv ilə birlikdə Nazirliyin Aparatının struktur bölmələrində, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda saxlamaq və məhv etmək məqsədilə sənədlərin (elektron sənədlərin) seçilməsini təşkil etmək;
 
 
3.1.4. daimi saxlanılmaq üçün verilən ümumi sənədlərin (elektron sənədlərin) siyahısını təsdiq və müzakirə etmək məqsədi ilə dövlət arxivinə təqdim etmək, o cümlədən bu sənədlərin (elektron sənədlərin) uzunmüddətli saxlanılmasını təsdiq etmək;
 
 
3.1.5. Mərkəzi arxivdə saxlanılan sənədlərin (elektron sənədlərin) məhv edilməsi aktını nəzərdən keçirmək və təsdiq etmək, həmin sənədlərin (elektron sənədlərin) məhv edilməsinə icazə vermək;
 
 
3.1.6. dövlət arxivinin razılığı ilə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların ekspert komissiyalarına daimi saxlanılan ümumi sənədlərin (elektron sənədlərin) siyahısına baxdıqdan sonra müəyyən olunmuş forma üzrə aktlar və müvafiq xronoloji dövr üzrə şəxsi heyət barədə vaxtı keçmiş sənədləri (elektron sənədləri) müstəqil şəkildə məhv etmək hüququnun verilməsi barədə qərar qəbul etmək (Nazirliyin strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda müddəti göstərilən sənədlərin (elektron sənədlərin) təsdiq olunmuş siyahısı mövcud olduqda);
 
 
3.1.7. qüvvədə olan və saxlanılma müddəti nəzərə alınmayan sənədlərin (elektron sənədlərin) saxlanılma müddətinin müəyyən olunması və müxtəlif kateqoriyalı sənədlərin (elektron sənədlərin) saxlanılma müddətinin dəyişdirilməsi haqqında təkliflərə baxmaq və lazımi qaydada müvafiq sənədləri (elektron sənədləri) baxılması üçün dövlət arxivinə təqdim etmək;
 
 
3.1.8. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların ekspert komissiyalarının işinə metodiki rəhbərlik etmək, onların fəaliyyətini nəzarətdə saxlamaq və müntəzəm qaydada bu komissiyaların sədrlərinin hesabat və məruzələrini dinləmək;
 
 
3.1.9. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların ekspert komissiyalarının üzvləri üçün məsləhət xarakterli seminarlar təşkil etmək;
 
 
3.1.10. Mərkəzi arxivin işçiləri ilə birlikdə Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların ekspert komissiyalarının üzvlərinin, o cümlədən kargüzarlıq işləri ilə məşğul olan işçilərinin ixtisasının artırılması ilə bağlı tədbirlərdə yaxından iştirak etmək.
 
 
 
4. Mərkəzi Ekspert Komissiyasının hüquqları
 
 
4.1. Mərkəzi Ekspert Komissiyasının hüquqları aşağıdakılardır:
 
 
4.1.1. müəyyən olunmuş tələbatlara uyğun olaraq sənədlərin (elektron sənədlərin) saxlanılması, məhv edilməsi, tənzimlənməsi və onların Mərkəzi arxivə verilməsi məsələləri üzrə Nazirliyin Aparatının struktur bölmələrinə, onun strukturuna daxil olan qurumlara və strukturuna daxil olmayan tabeliyindəki qurumlara göstərişlər vermək; 
 
 
4.1.2. öz iclaslarında, sənədlərin (elektron sənədlərin) hazırlanması keyfiyyəti, kargüzarlıq işlərinin qaydaya salınması, şəxsi heyət barədə müvəqqəti və daimi saxlanılan sənədlərin (elektron sənədlərin) vəziyyəti və mühafizə olunması ilə bağlı dövlət uçotuna alınması işləri ilə əlaqədar Nazirliyin Aparatının struktur bölmələrinin, onun strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin və Mərkəzi arxivin rəhbərliyinin hesabatlarını dinləmək;
 
 
4.1.3. saxlanılan sənədlərin (elektron sənədlərin) saxlanılma müddətinin müəyyənləşdirilməsi ilə bağlı lazımi məsələlərin həllini Nazirliyin Aparatının struktur bölmələrindən, onun strukturuna daxil olan qurumlardan və strukturuna daxil olmayan tabeliyindəki qurumlardan tələb etmək;
 
 
4.1.4. Nazirliyin Aparatının struktur bölmələrində, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda çalışan mütəxəssisləri, həmçinin lazım gəldikdə arxiv işçilərini ekspert və məsləhətçi kimi Mərkəzi Ekspert Komissiyasının iclaslarına dəvət etmək;
 
 
4.1.5. Nazirliyin strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda kargüzarlıq işinin vəziyyətinin öyrənilməsində və ictimai baxışın aparılması işində iştirak etmək.
 
 
 
5. Mərkəzi Ekspert Komissiyasının fəaliyyətinin təşkili
 
 
 
5.1. Mərkəzi Ekspert Komissiyası öz fəaliyyətini bu Əsasnamənin 2-ci, 3-cü və 4-cü hissələrində nəzərdə tutulmuş vəzifələrə, funksiyalara və hüquqlara uyğun olaraq qurur. 
 
5.2. Mərkəzi Ekspert Komissiyası dövlət arxivinin Ekspert-Yoxlama Komissiyası ilə iş görür və ondan lazımi təşkilati-metodiki göstərişlər alır.
 
 
5.3. Mərkəzi Ekspert Komissiyası Nazirliyin qəbul etdiyi plan üzrə fəaliyyət göstərir və öz fəaliyyəti haqqında Nazirliyə hesabat verir. 
 
5.4. Mərkəzi Ekspert Komissiyası Nazirliyin Aparatının struktur bölmələrinin sənədlərlə iş və arxiv işi sahəsində təcrübəsi olan rəhbər və məsul işçilərindən, Mərkəzi arxivin müdirindən və dövlət arxivinin bir nümayəndəsindən ibarət tərkibdə yaradılır. 
 
5.5. Mərkəzi Ekspert Komissiyasının tərkibi Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri (bundan sonra - Nazir) tərəfindən təsdiq edilir. 
 
 
5.6. Mərkəzi Ekspert Komissiyasına Nazir tərəfindən təyin edilən sədr başçılıq edir. Mərkəzi Ekspert Komissiyasının sədri üzrlü səbəbə görə olmadıqda isə sədrin tapşırığı ilə üzvlərindən biri Mərkəzi Ekspert Komissiyasının iclaslarını çağırır və iclaslarda sədrlik edir.
 
 
5.7. Mərkəzi Ekspert Komissiyası öz iclaslarını zərurət yarandıqca, lakin ildə iki dəfədən az olmayaraq keçirir.
 
 
5.8. Dövlət arxivinə təhvil verilməli və ya məhv edilməli olan sənədlər (elektron sənədlər) haqqında Mərkəzi Ekspert Komissiyası qərarlar qəbul edir və həmin qərarlar protokolla rəsmiləşdirilir.
 
 
5.9. Mərkəzi Ekspert Komissiyasının üzvlərindən biri onun katibi seçilir. Katib Mərkəzi Ekspert Komissiyasının iclaslarını protokollaşdırır. Mərkəzi Ekspert Komissiyasının iclasının protokolu Mərkəzi Ekspert Komissiyasının sədri və katibi tərəfindən, protokoldan çıxarış kimi tərtib edilmiş qərarlar isə Mərkəzi Ekspert Komissiyasının sədri tərəfindən imzalanır.
 
 
5.10. Mərkəzi Ekspert Komissiyasının kargüzarlığının aparılması və onun sənədlərinin (elektron sənədlərinin) saxlanılması katibə həvalə edilir. 
 
 
5.11. Mərkəzi Ekspert Komissiyası onun iclaslarında üzvlərinin yarısından çoxu iştirak etdikdə məsələləri müzakirə etməyə səlahiyyətlidir. 
 
 
5.12. Mərkəzi Ekspert Komissiyasının qərarları onun iclaslarında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Mərkəzi Ekspert Komissiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, mübahisəli məsələlər ya Nazirliyin rəhbərliyinin səlahiyyəti daxilində həll edilir, ya da baxılması üçün dövlət arxivinin Ekspert-Yoxlama Komissiyasına təqdim olunur (Mərkəzi Ekspert Komissiyasının üzvlərinin xüsusi rəyləri protokolda qeyd edilir və ya ona əlavə olunur).   
 
 
5.13. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların ekspert komissiyalarının işi ilə bağlı Mərkəzi Ekspert Komissiyasının çıxardığı qərarlar haqqında qurumların rəhbərliyinə məlumat verilir.



Baxış sayı: 441

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2020

20 02 2020

20/02/20
Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb

Cari ilin 02-06 mart tarixlərində ölkəmizdə təşkil olunacaq II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çə

20/02/20
“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

20/02/20
"Copypaste" konsepsiyasının ixtiraçısı dünyasını dəyişib

İnterfeys və proqramlarda "kəsmək", "kopyalamaq" və "yerləşdirmək" (cut, copy, paste) kimi funksiyaların

20/02/20
“Qualcomm” smartfonlar üçün dünyada ilk 5 nanometrlik “5G” modemi təqdim edib

“Qualcomm” şirkəti üçüncü nəsil “5G” modemini (“Snapdragon X60”) təqdim edib. Bu, həm

20/02/20
Çində smartfonlara tələbat kəskin azalıb

Çində koronavirusa görə smartfonların satışı kəskin azalıb. Xəstəliyin yayılması əksər satış nöqtələrinin

20/02/20
Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb

Çin 4 eksperimental peykini uğurla orbitə çıxarıb. Bu barədə Çinin Aerokosmik Elm və Texnika korporasiyas

20/02/20
Cənubi Koreyada ilk “Google” “bulud” regionu istifadəyə verilib

“Google” şirkəti Seulda “bulud” regionunu istifadəyə verib. Bu, şirkətin Cənubi Koreya bazarı üçün ilk,

20/02/20
Avropa Komissiyası yeni rəqəmli strategiya təklif edib

Avropa Komissiyası rəqəmli məlumatların istifadəsi və idarə olunma prinsiplərini özündə birləşdirəcək rəq

20/02/20
“Crew Dragon” raketi kosmik turistlərin orbital uçuşları üçün istifadə ediləcək (VİDEO)

Kosmik turistlərin uçuşunun təşkili ilə məşğul olan ABŞ-ın “Space Adventures” şirkəti “SpaceX” korporasiy

20/02/20
Mobil qurğular beyində dəyişikliklər yaradır

Alimlər smartfon asılılığı olan insanların beyninin forma və ölçüsündə dəyişikliklər aşkarlayıblar. Belə