12px13px15px17px
Tarix:02/10/15

Radioelektron vasitələrinə texniki baxışın nəticəsi olaraq 9 ay ərzində 455 akt tərtib edilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi  (REVİNŞ) və Efirə radionəzarət  şöbəsinin (ERNŞ)  bölgələr üzrə efirə radionəzarət məntəqələrinin (ERNM) mühəndisləri tərəfindən aparılan texniki baxış cari ildə də davam etdirilib.

2015-ci  ilin 9 ayı ərzində iş planına və DRİ-yə daxil olmuş müraciətlərə əsasən təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrinə (REV) müvafiq qaydada texniki baxış keçirilərək 455 akt tərtib edilib.
 
 
      Müəssisə və  təşkilatlarda  keçirilən texniki baxış zamanı  254 ədəd  DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV-i aşkarlanmışdır. Onlardan 121 ədədi möhürlənmiş, 36 ədədi qeydiyyata salınmış, 7 ədədi silinmiş və 90 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.
 
 
      Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 24 protokol yazılmış və müvafiq  hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.
 
 
 
 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 



Baxış sayı: 691

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024