12px13px15px17px
Tarix:29/12/15

VÖEN kodu ilə qurumlar haqqında ətraflı məlumatı elektron qaydada necə öyrənmək olar?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) göstərdiyi “İdarələr üzrə ətraflı məlumat” elektron xidməti vətəndaşların işini asanlaşdırıb.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Elektron hökumət” portalı üzərindən  RYTN-nin təqdim etdiyi xidmət vasitəsilə  idarənin telefon nömrəsi və ya VÖEN kodu daxil edilərək idarə üzrə ətraflı məlumatların əldə edilməsi mümkündür.

E-xidmətdən istifadə qaydası da çox sadədir. Belə ki, xidmətə daxil olmaqla “Telefon üzrə axtarış” bölməsi seçilir, “Telefon” sətrində dövlət qurumunun və ya hər hansısa təşkilatın telefon nömrəsini yazdıqdan sonra “Axtar” düyməsi sıxılır. Bundan sonra həmin formanın içində təşkilatın adı, VÖEN-i, telefon nömrələri və ünvanı cədvəl şəklində əks olunacaq”.

“VÖEN üzrə axtarış” bölməsini seçdikdə isə “VÖEN” sətrində qurumun VÖEN-ini yazdıqdan sonra “Axtar” düyməsindən istifadə edilir. Bu halda da həmin formanın içərisində eyniliklə təşkilatın adı, telefon nömrələri və ünvanı cədvəl şəklində görünəcək.
 
CAHANGİR
 



Baxış sayı: 1182

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2019

17 11 2019