12px13px15px17px
Tarix:18/01/16

Azərbaycanda elektron imza sahiblərinin sayı bir ildə 35 faiz artıb

Ölkəmizdə elektron imzaya maraq çoxalıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən "ICTnews" Elektron Xəbər Xidmətinə verilən məlumata görə, bu ilin əvvəlinə qədər ümumilikdə 38618 elektron imza  istifadəyə verilib.
Bu elektron imzaların 23795-i dövlət qurumlarının, 7913-ü fiziki şəxslərin payına düşüb. Hüquqi şəxslər isə 6910 elektron imza əldə edib.

Ötən il istifadəyə verilən elektron imzaların sayı 10039 olub, 35 faiz artım qeydə alınıb.

CAHANGİR




Baxış sayı: 448

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Noyabr 2019

17 11 2019