12px13px15px17px
Tarix:22/02/16

Mobil cihazları elektron qaydada necə qeydiyyatdan keçirmək olar?

Texnoloji baxımdan inkişaf etmiş ölkələrə səfər edənlərin bir çoxunun satın aldığı məhsullar arasında texniki avadanlıqlar, xüsusən də, mobil telefonlar üstünlük təşkil edir. Büdcəyə uyğun gələn telefonların bəzən orjinal, keyfiyyətli və standartlara uyğun olması narahatlıq doğurur. Lakin bunun da çarəsi var. Belə ki, digər ölkələrdən respublikamıza idxal olunan mobil cihazların qeydiyyatı elektron qaydada asan və rahat şəkildə aparılır. Bu elektron xidmətdən istifadə üçün "Elektron hökumət" portalına müraciət edə bilərsiniz. Bunun üçün portalda qeydiyyatdan keçməyə də ehtiyac yoxdur.
 
Xidmətdən yararlanmaq istəyən hər bir vətəndaş Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "Elektron hökumət" portalında  təqdim edilən e-xidmətləri arasından "Mobil cihazların qeydiyyatdan keçirilməsi" xidmətini seçməlidir.Yeri gəlmişkən qeyd edək ki, "Mobil cihazların qeydiyyatdan keçirilməsi" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  yanvar ayında ən çox istifadə edilən elektron xidməti olub. Sözügedən xidmətə "Elektron hökumət" portalı  üzərindən  bir ayda  48745 dəfə müraciət edilib.
 
Mobil cihazların qeydiyyatdan keçirilməsini aparan zaman sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini, FİN (fərdi identifikasiya nömrəsi) kodu, təhlükəsizlik kodu və qeydiyyatdan keçirilməsi tələb olunan mobil cihazın IMEI kodunu tələb edir.Lakin portalda qeydiyyatlı olaraq xidmətdən istifadə zamanı sistem vətəndaşın şəxsiyyət vəsiqəsinin FİN kodunu avtomatik olaraq təyin edir.







Qeyd edək ki, FİN kod dedikdə şəxsiyyət vəsiqəsinin sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərfdən ibarət kod nəzərdə tutulur.

Bundan sonra "Məlumatları yoxla" düyməsini seçmək lazım gəlir.
 
Daha sonra istifadəçi  mobil telefon nömrəsini ərizəyə daxil edir. Ərizədə göstərilən xidmətin istifadəsi üçün ödəniləcək məbləği vətəndaş onlayn şəkildə həyata keçirmək üçün kartın növünü qeyd edərək "Təsdiqlə və ödəniş et" düyməsini seçməlidir. Qeyd edək ki, şəxsi istifadə məqsədi ilə ölkəyə gətirilən mobil cihazların hər bir IMEI nömrəsinin qeydiyyatı 5 manata başa gəlir.
 
Növbəti mərhələdə ödənişin həyata keçirilməsi üçün onlayn ödəmə sisteminin səhifəsi açılır. İstifadəçi onlayn ödəniş edəcəyi kartın nömrəsini, bitmə tarixini və CVV kodu  daxil edərək ödəməni həyata keçirmiş olacaq.
 
Ödəniş uğurla həyata keçirildikdən sonra formalaşan elektron ərizə portal tərəfindən avtomatik olaraq Mobil Cihazların Qeydiyyatı Sisteminə (MCQS) göndərilir  və sistem tərəfindən avtomatik olaraq ödəniş qəbzi yaradılır. Qəbzdə bildirişin kodu, mobil cihazın qeydiyyatını aparan vətəndaş haqqında ümumi məlumat, ödəmə növu, mobil cihazın IMEI kodu, ödənilən məbləğ və tarix barədə məlumatlar əksini tapır. 
Bu mərhələlərdən sonra 24 saat ərzində mobil cihaz MCQS tərəfindən qeydiyyata alınır.
 
Qeyd edək ki, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə toplu halında ölkəyə gətirilən mobil cihazların IMEI nömrəsinin qeydiyyatı fərqli formada aparılır. Belə ki, sahibkar gətirdiyi mobil cihazların qeydiyyatdan keçirilməsi xahişi ilə RYTN-nə rəsmi qaydada müraciət etməlidir.









Məlumat üçün bildirək ki, IMEI kodu telefonunuzun ekranında *#06# kombinasiyasını yığmaqla əldə edə bilərsiniz. Mobil cihazın qeydiyyatda olub-olmadığını isə mobil telefondan 15 rəqəmli IMEI nömrəsini yazaraq 1677-yə SMS göndərməklə və ya "1677" çağrı mərkəzinə zəng etməklə müəyyən etmək olar.
 
CAHANGİR
 



Baxış sayı: 3120

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Sentyabr 2018

20/09/18
Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya 

20/09/18
“KSK” açarının dəyişdirilməsi planı təsdiq edilib

İnternetdə domen adları və zonaların verilməsini həyata keçirən “Internet Corporation for Assigned 

20/09/18
“PlayStation” qurğusunun kiçildilmiş surəti buraxılacaq (VİDEO)

Yaponiyanın “Sony” şirkəti 1994-cü ildə “PlayStation” oyun qurğusunun birinci nəslini təqdim 

20/09/18
“Xiaomi” şirkəti “Mi 8 Lite” smartfonunu təqdim edib

Çinin “Xiaomi” şirkəti nazik çərçivəyə malik böyükölçülü displey və süni intelle

20/09/18
Rostov zooparkında robot-kassir işə başlayıb

Rostov Don Dövlət Texniki Universitetinin məzun və tələbələri tərəfindən hazırlanmış “WayBot” adlı 

19 09 2018

19/09/18
Növbəti startap turu Sumqayıtda keçiriləcək

“İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Sumqayıt şəhərində keçiriləcək. 

19/09/18
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda səfərdə

19/09/18
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək

24-25 sentyabr 2018-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 

19/09/18
Düyməli telefonların rüblük tədarük həcmi yüksəlib

“Counterpoint Technology Market Research”in analitikləri smartfon və  “feature phone” sinfinə məxsus 

19/09/18
“Apple” ən gəlirli brend seçilib

“Counterpoint” şirkəti 2018-ci ilin ikinci rübü üçün smartfon istehsalçılarının gəlirlərinə həsr edilən

19/09/18
“TESS” aparatı ilk şəkilləri Yerə göndərib

ABŞ Kosmik Agentliyinin (NASA) yeni “TESS” kosmik aparatı Yerə bənzər ekzoplanetlərin olduğu 

19/09/18
İstənilən məhsulun orijinallığını müəyyən edən startap layihəsi

Məlumat verdiyimiz kimi, Cənubi Afrika Respublikasında təşkil edilən “ITU Telecom World 2018

19/09/18
“Əşyalar interneti” seqmentində kibertəhlükələrin sayı sürətlə artır

"Kasperski Laboratoriyası" tərəfindən keçirilmiş araşdırmaya görə, hakerlər “əşyalar interneti” qurğularına 

19/09/18
“Samsung” şirkəti “Galaxy J4+” və “J6+” smartfonlarını təqdim edib

“Samsung” şirkəti ucuz “Galaxy J” seriyasına aid 2 yeni smartfonunu təqdim edib. “Galaxy J4+” və “J6+”

19/09/18
Daşınan qurğular üçün süni intellektli ilk prosessor yaradılıb

Çinin “Xiaomi” şirkətinin dəstəklədiyi “Huami” brendi məxsusi olaraq daşınan qurğular üçün hazırlanan