12px13px15px17px
Tarix:03/10/16

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi əmtəə nişanı və veb-saytını yenilədı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) həyata keçirilən islahatlar çərçivəsində yeni əmtəə nişanını təqdim edib. Bu gündən etibarən Bakı Telefon Rabitəsi İstehsalat Birliyi "baktelecom" əmtəə nişanı ilə fəaliyyətini davam etdirəcək. Rebrendinq prosesi çərçivəsində yeni loqo da formalaşdırılıb.
 
Yeni loqo Morze əlifbası ilə "1881 BTC" simvollarını ehtiva edir. Loqodakı 1881 rəqəmi Azərbaycanda ilk telefon xəttinin istismara verilməsi tarixinə işarədir, "BTC" isə  "baktelecom" sözünün qısaldılmış formasıdır.  Məlumat üçün qeyd edək ki, Morze əlifbasından rabitə tarixində ilk ünsiyyət vasitəsi kimi istifadə olunub.
 
Eyni zamanda, BTRİB bu gündən etibarən yeni veb-saytını - www.baktelecom.az  da  istifadəçilərin ixtiyarına verib.
 
Müasir standartlara cavab verən yeni veb-sayta daxil edilmiş funksiyalar sayəsində istifadəçilər BTRİB-ə aid bütün xidmətlər haqqında ətraflı məlumat əldə edəcək, müəssisənin fəaliyyət dairəsinə aid olan xidmətlərdən onlayn şəkildə yararlanacaq və telekommunikasiya sahəsində baş verən ən son yeniliklərdən xəbərdar olacaqlar.
 
Saytdakı "Mənə zəng et" funksiyası vasitəsi ilə abunəçi çağrı mərkəzi ilə əlaqə saxlamaq üçün uyğun vaxt seçə və Mərkəz operatorunun onunla əlaqə saxlamasını təmin edə bilər.
 
"Şəxsi kabinet"  bölməsi abunəçinin istifadə və ödəmə tarixçəsini özündə əks etdirməklə mövcud borcu göstərmək imkanına da malikdir.
 
Həmçinin "Onlayn ödənişlər" bölməsində istifadəçi məsafə qət etmədən BTRİB-in təqdim etdiyi xidmətlər üzrə ödənişlərini həyata keçirə bilər.
 
"Onlayn çat" bölməsində hər hansı səbəbdən telekommunikasiya qovşaqlarına gələ bilməyən abunəçinin müraciəti müştəri xidmətləri operatoru tərəfindən dərhal cavablandırılır.
 
Bundan başqa, yeni veb-sayt vasitəsilə BTRİB-in təklif etdiyi yeni və sərfəli kampaniyalar haqqında məlumatlar  almaq mümkündür.




Baxış sayı: 703

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Oktyabr 2019

16 10 2019

16/10/19
“Google” şirkəti USB daşıyıcı formasında olan təhlükəsizlik açarı təqdim edib

“Google” şirkəti USB daşıyıcı formasında hazırlanmış miniatür təhlükəsizlik açarını təqdim edib. “Titan S

16/10/19
“Adobe” məhsullarında 80-dən çox boşluq aradan qaldırılıb

“Adobe” şirkəti “Acrobat” və “Acrobat Reader”, “Experience Manager” və “Download

16/10/19
Smartfonun yüksək iş qabiliyyətini qoruyan sadə üsul açıqlanıb

İstifadəçilər pis keyfiyyətli fotoşəkillərə görə smartfonun yaddaş tutumunun 20 faizini itirirlər. Qurğun

16/10/19
Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı 

16/10/19
“Windows 7” sisteminə edilmiş kiberhücumların sayı 71%-dən çox artıb

Məlum olduğu kimi, “Microsoft” şirkəti bir neçə ay sonra “Windows 7” əməliyyat sisteminin dəstəyini dayan

16/10/19
“Google Pixelbook Go” noutbukunun təqdimatı olub

“Google” şirkəti ənənəvi oktyabr tədbirində yeni “Pixelbook Go” noutbukunu rəsmən təqdim edib.

16/10/19
“Google” hərəkət sensoruna malik ilk smartfonunu təqdim edib

ABŞ-ın “Google” şirkəti tərəfindən təqdim edilmiş “Pixel 4” smartfonu hərəkət sensoru və təkmilləşdirilm

16/10/19
Sahibini izləyən robot-çamadan təqdim edilib

İtaliyanın “Vespa” motoroller istehsalçısı ikitəkərli, öz-özünü tənzimləyən “Gita”