12px13px15px17px
Tarix:28/09/11

Ölkə başçısı “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgidə RİTN-in stendinə baxış keçirib

Artıq bir neçə gündür ki, Bakı Sərgi Mərkəzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan 20 ildə” adlı milli sərgi öz işini davam etdirir.

Sərgidə 130-dan çox müəssisə, təşkilat və şirkət iştirak edir. Ümumi sahəsi 11 min kvadratmetr olan sərgidə Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrdəki nailiyyətləri nümayiş olunur.

Sərgidə, həmçinin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən eksponatlar da təqdim edilir. Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərgi ilə tanış olub.

Prezident İlham Əliyev 20 ildə ölkəmizin iqtisadiyyatında əldə olunmuş nailiyyətləri əks etdirən pavilyon və stendlərlə, o cümlədən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) stendi ilə tanış olub.

Ölkə başçısına müstəqilliyimizin 20 ili ərzində rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən layihələr, əldə edilən nailiyyətlər, həmçinin perspektiv inkişaf istiqamətləri barədə məlumat verilib.

Qeyd olunub ki, yalnız son 7 il ərzində rabitə sektorunda əldə olunan gəlirlərin həcmi beş dəfə artıb, internet istifadəçilərinin və mobil abunəçilərin sayı dəfələrlə çoxalıb.

Bundan əlavə, rabitə sahəsində infrastrukturun genişləndirilməsi, elektron hökumət həlləri, poçt-maliyyə sisteminin inkişafı, radio və televiziya yayımının əhatə dairəsinin və keyfiyyətinin yüksəldilməsi barədə məlumatlar da ekspozisiyada əksini tapıb.

Dövlətimizin başçısı ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılması istiqamətində görülən işlərlə də tanış olub.



Baxış sayı: 1509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 May 2020

28 05 2020