12px13px15px17px
Tarix:06/12/16

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı Gəncədə qeyd olunub

Bu gün Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.  Artıq 10 ildir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla hər il 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı kimi respublika ictimaiyyəti tərəfindən geniş qeyd olunur. Builki peşə bayramı Azərbaycanda Telefon rabitəsinin yaranmasının  135 illiyi ilə əlamətdardır.

1881-ci il 6 dekabr tarixində "Nobel qardaşları cəmiyyəti" tərəfindən istismara verilən telefon xətti Azərbaycanda rəsmi olaraq ilk telefon xətti sayılır.

Azərbaycanda Telefon rabitəsinin 135 illik yubileyi münasibətlə Gəncə şəhərində Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi və kollektivi, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, veteran rabitəçilər, şəhər ictimaiyyətinin nümayəndələri və rəsmi qonaqlar iştirak edib.

İlk öncə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb.

Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində "Azərbaycanda Telefon Rabitəsi 135 il" kitabı və ölkəmizdə rabitənin inkişaf tarixini əks etdirən foto qalereya ilə tanışlıq olub.

Sonra yubiley münasibəti ilə təşkil olunan tədbirə start verilib.

Öncə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə fəxri adların verilməsi haqqında sərəncamı oxunub.

Bir qrup rabitəçiyə fəxri adların təqdim olunmasından sonra Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.

Nazir bildirib ki, Azərbaycan rabitəsi şərəfli inkişaf yolu keçib. Dünyada ilk telefon aparatı icad ediləndən cəmi 5 il sonra ölkəmizdə telefon xətləri çəkilib. Azərbaycanda telekommunikasiya sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu qeyd edən nazir, Prezident İlham Əliyevin bu sahəni daim diqqət mərkəzində saxladığını vurğulayıb.
Çıxışdan sonra Azərbaycan Rabitəsinin 135 illik inkişaf tarixinə həsr olunan "Yerdən Səmaya" filmi tədbir iştirakçılarına nümayiş olunub.

Rabitəçiləri Gəncə  sakinləri adından təbrik edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Veteran rabitəçi Kamandar Allahverdiyev, "Microsoft"un Azərbaycan nümayəndəliyinin rəhbəri  Sərxan Həşimov, gənc startapçı Fidan Rüstəmova rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən işlərin, əldə olunan uğurların və yaradılan münbit şəraitin yalnız bu sektorun deyil, ümumən ölkənin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Nazir Ramin Quluzadə Azərbaycanda Telefon rabitəsinin yaradılmasının 135 illik yubileyinə həsr olunmuş markanın möhürlənməsi mərasimində iştirak edib.

Sonda xatirə fotosu çəkdirilib və tədbir rəsmi ziyafətlə davam etdirilib. 










Baxış sayı: 1111

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

17/02/20
Mürəkkəb yaraları sağaltmaq üçün “ağıllı” sarğı hazırlanıb

Konnektikut Universitetinin alimləri dərmanların birbaşa yaraya çatdırılması üçün simsiz işləyən

17/02/20
“Apple” növbəti nəsil “iPhone” smartfonlarını öz “5G” antena modulu ilə təchiz etmək niyyətindədir

Çoxsaylı şayiələrə görə, “Apple” cari ildə “Snapdragon X55” modemi əsasında işləyən və beşinci

17/02/20
Süni intellektə hərbi dronların idarə edilməsi öyrədiləcək

ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları süni intellektə hərbi pilotsuz uçan aparatlar donanmasını i

17/02/20
“Chrome” brauzeri üçün 500-dən çox təhlükəli genişlənmə aşkar edilib

“Chrome” brauzeri üçün “Chrome Web Store”dən milyon dəfələrlə yüklənmiş 500-dən çox genişlə

17/02/20
Yeni bilərzik istifadəçinin ətrafındakı mikrofonların səsini batırır

Çikaqo Universitetinin alimləri istifadəçinin ətrafındakı mikrofonların səsini batıran yeni bilərzik

17/02/20
“Huawei” kommersiya sirlərinin oğurlanmasında ittiham edilir

ABŞ Ədliyyə Nazirliyi Çinin “Huawei” telekommunikasiya şirkətinə qarşı yeni ittihamlar irəli sürüb.

17/02/20
Yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

ABŞ Müdafiə Nazirliyinin sifarişi üzrə hazırlanmış yeni üztanıma sistemi 1 km-dək məsafəni dəstəkləyir

17/02/20
Britaniya “EuroHPC” layihəsini tərk edib

Böyük Britaniya müasir superkompüterlərin yaradılması üzrə “EuroHPC” Panavropa layihəsini tərk edib.

17/02/20
Lazerlər internetin sürətini min dəfə artıracaq

Lids və Nottingem universitetlərinin tədqiqatçıları teraherslik kvant kaskad lazerin idarə olunması sahəs

16 02 2020