12px13px15px17px
Tarix:10/04/17

İnformasiya texnologiyaları sahəsində karyera qurmaq istəyənlər üçün yeni təlimlərə start verilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən yeni təlimlərə start verilir.

İnformasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən şəxslər aprel ayından etibarən yeni təlimlərə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatı aparılan texniki təlimlərə aşağıdakılar daxildir:
 
-          Server sistemlərinin idarə edilməsi;
-          Şəbəkə texnologiyaları inzibatçılığı;
-          İT texniklik;
 
Tələbələr, həmçinin təlimlərdə veb proqramlaşdırma və java proqramlaşdırma dillərini yüksək səviyyədə öyrənə bilərlər.
 
İştirakçılar təlimləri uğurla bitirdikləri təqdirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatı ilə təltif ediləcəklər.

Təlimlər haqqında ətraflı məlumat almaq və təlimlərə qeydiyyat üçün Elektron Hökumət Təlim-Tədris Mərkəzi ilə əlaqə saxlamağınız (Ünvan: Yasamal rayonu Şərifzadə 241; www.e-training.az) ; əlaqə: (012, 077) 5050113 nömrəli telefonlar və info@e-training.az)) xahiş olunur.




Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024