12px13px15px17px
Tarix:19/03/18

Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətləri ilə təmin ediləcək

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
 
Bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, eləcə də daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq, operativ tədbir görülməsi nəzərdə tutulur.
 
Bayram günlərində məsul növbətçilik təşkil edilməklə nəqliyyat və rabitə  xidmətlərinin fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək.
 
Şəhərlərarası nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq. Eyni zamanda, Bakı Beynəlxalq Avtovağzalının bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcək. Sərnişin sıxlığını nəzərə alaraq, lazımi sayda əlavə avtobus xəttə buraxılacaq.
 
Vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı "1655" saylı "Qaynar Xətt"lə əlaqə saxlamaları xahiş olunur.





Baxış sayı: 195

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






12 Dekabr 2018

11 12 2018

11/12/18
Dəfələrlə istifadə edilə bilən kağız icad olunub

Çin alimləri tərəfindən hazırlanmış xüsusi kağız 100 dəfə yenidən istifadə edilə bilər.

11/12/18
Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə və uşaqlara həsr olunmuş xüsusi poçt markası nəşr edilib

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının

11/12/18
Marsa uçuş kosmonavtların ömrünü 2,5 il azaldacaq

Marsa uçuş kosmik radiasiyanın təsiri nəticəsində kosmonavtların ömrünü təxminən 2,5 il azalda 

11/12/18
İnnovasiya müsabiqəsinin təşkilinə dair birgə anlaşma memorandumu imzalanıb

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı 

11/12/18
“Apple” şirkətinin 10 ən populyar smartfon və planşeti açıqlanıb

“AnTuTu” şirkəti bu ilin noyabrı üçün 10 ən populyar “Apple” qurğusunun reytinqini dərc edib.

11/12/18
“Google” öz sosial şəbəkəsini planlaşdırılandan daha əvvəl bağlayacaq

“Google” şirkəti “Google+” sosial şəbəkəsinin işini planlaşdırılandan daha əvvəl dayandırmalı olacaq. 

11/12/18
“Samsung Galaxy A8s” smartfonu təqdim olunub

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy A8s” smartfonunu təqdim edib. Bu, şirkətin yeni 

11/12/18
“Instagram”da səsli mesajların göndərilməsi funksiyası əlçatan olub

“Instagram” xidmətində səsli mesajlar funksiyası əlçatan olub. Bu haqda şirkət “Twitter” mikrobloqunda