12px13px15px17px
Tarix:24/07/18

NRYTN aprel döyüşlərinə həsr olunmuş virtual reallıq oyununu yenidən maliyyələşdirir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə startap hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi, uğurlu innovativ layihələrə daim dəstək göstərir.

Bunun nəticəsidir ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçılar  "Made in Azerbaijan" brendi altında öz məhsullarını artıq dünya bazarlarında da təqdim edirlər.

Belə uğurlu layihələrdən biri də Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan "CustomAR" şirkəti tərəfindən hazırlanan "Yüksəklik" adlanan virtual reallıq (VR) döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi "Lələ Təpə" yüksəkliyindən ilhamlanıb. 2018-ci ildə Türkiyədə oyun sərgisində səhnə tərtibatı ilə istifadəçilərə təqdim olunan oyun ziyarətçilərin böyük marağına səbəb olub.

Bu oyun yaradıcıları tərəfindən həm də virtual hərbi simulyator kimi inkişaf etdirilir. Hazırda layihə daha da təkmilləşdirilir və silahlı qüvvələr üçün hərbi simulyator prototipi kimi iki müxtəlif layihə formasında  hazırlanır.

Bununla yanaşı, "CustomAR" şirkəti hərbi qüvvələr üçün virtual reallıq (VR) treninqləri təşkil etmək niyyətindədir. Bu məqsədlə istifadə üçün nəzərdə tutulan qurğuların alınmasına  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəsait ayırıb.
 
Ayrılan vəsait hesabına sözügedən şirkət Azərbaycan istehsalı olan VR simulyatorlar hazırlayaraq, onun daxili və xarici bazarda satışını təşkil edəcək. Bununla da "Made in Azerbaijan" brendi altında daha bir innovativ məhsul dünya bazarına çıxarılacaq.

Bu gün keçirilən mərasimdə ayrılan vəsait "CustomAR" şirkətinin rəhbərinə təqdim olunub.

Məlumat üçün bildirək ki, "CustomAR" şirkəti 4 ildir ki, Azərbaycanda Virtual Reallıq, Artırılmış Reallıq və 360 interaktiv texnologiyalar sahəsində uğurla fəaliyyət göstərir.
 






Baxış sayı: 153

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Aprel 2020

07/04/20
“Apple” 20 milyondan çox tibbi maska və qoruyucu ekran istehsal edib

ABŞ-ın “Apple” şirkəti koronavirusun yayılması ilə mübarizə aparmaq məqsədilə 20 milyondan çox tibbi mask

07/04/20
“Samsung Galaxy Chromebook” noutbuku satışa çıxarılıb

Cənubi Koreyanın “Samsung” şirkətinin ilin əvvəlində “CES 2020” beynəlxalq elektronika sərgisində təqdim

06 04 2020

06/04/20
Rəqəmsal xidmətləri əlçatan edən “evdeqal.az” saytı istifadəyə verildi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının 

06/04/20
“Skype”ın yeni funksiyası qeydiyyatsız və proqram quraşdırmadan ünsiyyət saxlamağa imkan verir

“Skype”da qeydiyyatdan keçmək asan prosedurdur. Lakin evdən kənarda zəng etmək lazım olduqda kənar qurğud

06/04/20
Biomühəndislər təhlükəsiz neyron implantları çap etməyi öyrəniblər

Beyin insanın ən həssas orqanlarından biridir. Epilepsiya, parkinson və ağır depressiya kimi bir sıra xəs

06/04/20
“Apple” smartfonları üçün sualtı interfeys hazırlanır

Əksər müasir smartfonlar suya dalmağa dözümlüdür. Lakin belə şəraitdə sensor ekrandan normal istifadə çət

06/04/20
Evdən işləyənlərə haker hücumları barədə xəbərdarlıq edilib

Kibertəhlükəsizlikdə ixtisaslaşan “Herjavec Group” şirkətinin baş direktoru Robert Eryaves koronavirus in

06/04/20
İlk “Realme” televizorunun diaqonalı nə qədər olacaq?

Məşhur smartfon istehsalçısı kimi tanınan Çinin “Realme” şirkəti tədricən yeni istehlak elektronikası seq

06/04/20
“Xiaomi” 30 gün avtonom işləyən “ağıllı” saatını təqdim edib

“Xiaomi” şirkətinin daşınan elektronika çeşidinə “Haylou” brendinə məxsus yeni “ağıllı” saat əlavə ed

06/04/20
“Google” pandemiya dövründə insanların hərəkət etməsini izləyən sayt təqdim edib

ABŞ-ın “Google” şirkəti servis istifadəçilərinin bütün dünya üzrə müxtəlif yerlərdə olması barədə he

06/04/20
Yeni tip ekranlar gözdən əlillərə şəkilləri "görməyə" imkan verir

Müasir noutbuk və kompüterlər gözdən əlillərə mətni barmaqlarının ucu ilə oxumağa imkan verən xüsusi Bray

06/04/20
Ən məhsuldar “Android” smartfonları məlum olub

Mobil telefonların məhsuldarlığını qiymətləndirən “AnTuTu” şirkəti ən güclü smartfonların aylıq siyahısın