12px13px15px17px
Tarix:20/09/18

Azərbaycanla Avstriya arasında nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradılacaq

Bu gün Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyinin nümayəndələrinin iştirakı ilə görüş  keçirilib.
 

Görüş zamanı iki ölkə arasında nəqliyyat, innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
 

Tərəflər bu istiqamətdə konkret tədbirlərin görülməsi, əlaqələri genişləndirmək və birgə layihələrin icrası məqsədilə işçi qrupunun yaradılması ilə bağlı razılığa gəliblər.
 

Eyni zamanda, sentyabrın 19-da imzalanmış "Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Avstriya Respublikası Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında Niyyət Memorandumu"nda nəzərdə tutulan fəaliyyətlərin koordinasiya edilməsi üçün Əlaqələndirici Şəxslərin təyin edilməsi, habelə Azərbaycan və Avstriya arasında bu sahədə əməkdaşlığa dair sazişin imzalanması istiqamətində müvafiq hazırlıq işlərinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
 

Görüşdə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşları da iştirak edib.  





Baxış sayı: 219

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Fevral 2020

28 02 2020

28/02/20
“Android”in yeniləməsi “Xiaomi” smartfonlarında nasazlıq yaradıb

“Xiaomi Mi8” smartfonunun istifadəçiləri “Android”in yenilənməsindən sonra işçi masasının yoxa çıxm

28/02/20
“Facebook” koronavirusa görə tərtibatçılar üçün konfransı ləğv edib

“Facebook”un tərtibatçılar üçün illik konfransı koronavirusun yayılması təhlükəsinə görə ləğv edil

28/02/20
“USB Fast Charger” sertifikasiyasından keçən ilk smartfon məlum olub

“USB” interfeysləri üçün standartların hazırlanmasına məsuliyyət daşıyan “USB Implementers Forum” (USB-

28/02/20
“Wi-Fi” boşluğu milyardlarla qurğunu təhlükə altında qoyub

“Cypress” və “Broadcom” şirkətlərinin istehsal etdiyi “Wi-Fi” çiplərində milyardlarla qurğunu dinləmə

28/02/20
“HTC” şirkəti yeni ucuz “Wildfire R70” smartfonunu təqdim edib

“HTC” şirkəti “Wildfire R70” smartfonunu təqdim edib.

28/02/20
“Google”un ikimərhələli autentifikasiyasını keçən virus aşkar edilib

“ThreatFabric” kibermüdafiə şirkətinin mütəxəssisləri “Cerberus” bank troyanının yeni versiyasının yayılm

28/02/20
Yeni robot gözdən əlillərə bələdçilik edəcək

“IBM” şirkətinin Yaponiya bölməsi görmə qabiliyyətini itirən insanların hərəkət etməsini asanlaşdıracaq r

28/02/20
Aİ-də vahid sifətin tanınması sistemi yaradılacaq

Avropa İttifaqının hüquq-mühafizə orqanları bütün təşkilat ölkələrini əhatə edən milli polis məlumat baza