12px13px15px17px
Tarix:24/01/19

Nazir Xızıda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu gün Xızı şəhərində vətəndaşlarla görüşüb.

Görüşdə Xızıyla yanaşı, Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarının və Sumqayıt şəhərinin də sakinləri  iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerindəcə öz müsbət həllini tapıb.

Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi və işə qəbul kimi məsələləri əhatə edib.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb.

Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.

Regiona səfəri çərçivəsində Ramin Quluzadə aidiyyəti rayonların telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib.

Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinin operativ araşdırılması və qanunvericiliyə uyğun həll edilməsi haqqında tapşırıqlar verib.

















Baxış sayı: 84

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Sentyabr 2019

16 09 2019

16/09/19
“iPhone XR” 2019-cu ilin birinci yarısında ən populyar smartfon olub

Analitiklər 2019-cu ilin birinci yarısının nəticəsinə görə “iPhone XR” aparatını 

16/09/19
“16K” təsvir ölçülü “Sony” ekranı “Micro LED” modullarından ibarətdir

“Sony” şirkəti bu ilin əvvəlində “Crystal LED” texnologiyası üzrə hazırlanan “16K” təsvir 

16/09/19
Yeni boşluq 1 milyarddan çox smartfona müdaxiləyə imkan verir

Təhlükəsizlik üzrə mütəxəssislər tərəfindən SİM kartlarda aşkar edilmiş yeni boşluq 1 milyarddan çox smartfona 

16/09/19
“Libra” kriptovalyutası Avropada qadağan edilib

Fransa və Almaniya hökumətləri “Facebook”un “Libra” adlı  yeni kriptovalyutasını 

16/09/19
Nazir Ramin Quluzadənin başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib (YENİLƏNİB)

Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində Müstəqil Dövlətlər Birliyinin rabitə 

16/09/19
Rekord parlaq monitorlar üçün yeni standart rəsmən təqdim olunub

Videoelektronika Standartlaşdırma Assosiasiyası (VESA) yeni nəsil displeylər üçün hazırlanan yeni “DisplayHDR 1400” stand

16/09/19
Almaniyada “IBM Q System One” kvant kompüteri quraşdırılacaq

“IBM” şirkəti və Fraunhofer adına Elmi Tədqiqat Cəmiyyəti (Fraunhofer Gesellschaft) arasında Almaniyada tədqiqat və eksperimentlərin aparı

16/09/19
Cənubi Koreyada təcili tibbi yardım dronları istifadəyə veriləcək

Cənubi Koreyanın Milli Parklar Xidməti 2020-ci ildən etibarən dağlıq yerlərə ilk tibbi yardım