12px13px15px17px
Tarix:20/06/20

NRYTN sərtləşdirilmiş xüsusi karantin rejimi günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun tarixli müvafiq qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq olunan sərtləşdirilmiş karantin rejimi günlərində (2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək) də əhali dayanıqlı nəqliyyat, telekommunikasiya və poçt xidmətləri ilə təmin ediləcək.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həmin günlərdə əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
 
Məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması üzrə müvafiq tədbirlər görüləcək.
 
Respublika üzrə bütün telekommunikasiya qovşaqları, poçt şöbələri, "Şəbəkə" xidmət mərkəzləri fəaliyyətini davam etdirəcək.
 
Nazirliyin Aparatında, strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər onlayn rejimində işə cəlb olunacaqlar. Texniki dəstək göstərən əməkdaşlar isə növbəli qrafiklə çalışacaqlar. Nazirliyin Aparatında və qurumlarında koronavirusun profilaktikası üzrə bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. İşçilər mütəmadi olaraq zəruri sayda fərdi qoruma vasitələri (tibbi maskalar, əlcəklər) ilə təmin edilirlər.
 
Vətəndaşlardan qarşılaşdıqları müvafiq problemlərlə bağlı "1655" nömrəli "Qaynar xətt"lə əlaqə saxlamaları xahiş olunur.




Baxış sayı: 1940

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2020

27/11/20
Çində 700 mindən çox “5G” baza stansiyası inşa edilib

Oktyabrın sonuna olan məlumata görə, Çində 700 mindən çox “5G” baza stansiyası istismara verilib, 180 mil

27/11/20
EMEA regionunda kompüter bazarının həcmi 13% artacaq

Cari ilin nəticəsinə görə, EMEA regionunda kompüterlər bazarının həcmi təxminən 13% artacaq. “COVID-19” p

27/11/20
Britaniyada iri İT şirkətləri üzərində nəzarət güclənəcək

Böyük Britaniya hakimiyyəti “Google” və “Facebook” kimi böyük texnoloji şirkətlərin fəaliyyətinin tə

27/11/20
Yeddi “Nokia” televizoru təqdim edilib

“Nokia” brendi Avropada “Smart TV” funksiyalı və 32-75 düym diaqonallı yeddi televizor təqdim edib.

27/11/20
“Xiaomi” şirkəti “5G” dəstəkli yeni “Redmi Note” smartfonlarını təqdim edib

“Xiaomi” şirkətinin subbrendi “Redmi” Çində ucuz “Redmi Note” smartfonlarının yeni nəslini təqdim edi

27/11/20
Fransada rəqəmli verginin tutulmasına başlanılıb

Fransanın vergi orqanları böyük informasiya texnologiyaları şirkətlərini 2020-ci il üçün rəqəmli verginin

27/11/20
Mikroçip yaradıcıları “Alman gələcəyi” mükafatına layiq görülüb

Mikroçiplərin hazırlanması üzrə innovativ texnologiya hazırlayan tədqiqatçılar qrupu Almaniyanın ən əsas

27/11/20
“Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib

“Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib. Bu barədə fransız kibertəhlükəsizlik mütəxəs

26 11 2020

26/11/20
Smartfonlar bazarında bərpa prosesi başlayır

“International Data Corporation” (IDC) tədqiqat şirkətinin proqnozuna görə, qlobal smartfonlar bazarında

26/11/20
“IBM” korporasiyası Avropada təxminən 10 min əməkdaşını ixtisar etməyi planlaşdırır

ABŞ-ın “IBM” korporasiyası Avropadakı bölmələrində təxminən 10 min əməkdaşını ixtisar etmək niyyətindədir

26/11/20
Yaponiya vətəndaşlarına elektromobillərin alışı üçün daha çox pul ayrılacaq

Yaponiya hakimiyyəti vətəndaşlara elektromobillərin alışı üçün iki dəfə çox pul ayırmağı planlaşdırır. Bu

26/11/20
“Windows 10” sistemində “Android” proqramlarının işə salınması funksiyası istifadəyə veriləcək

“Microsoft” korporasiyasında “Windows 10” masaüstü əməliyyat sisteminin yeni funksiyası üzərində işlənili

26/11/20
Sinqapur rəqəmli texnologiyalar vasitəsilə səyahət qaydaları hazırlamağı təklif edir

Sinqapur hakimiyyəti digər ölkələrə turist səfərlərinin bərpası və böyük konfransların keçirilməsi üçün m

26/11/20
Yeni qabaqcıl “Huawei” smartfonu açıqlanıb

Növbəti qabaqcıl “Huawei” smartfonu “Kirin 9000” prosessoru ilə təchiz ediləcək. Bu barədə “The Elec” n

26/11/20
Elektron poçtda spamla mübarizənin 7 üsulu açıqlanıb

“Business Insider” nəşri elektron poçtda spam mesajlarla mübarizənin 7 üsulunu açıqlayıb.

26/11/20
Ən yaxşı televizorlar məlum olub

“LG” və “Samsung” brendlərinin televizorları “Rusiya Keyfiyyət Sistemi” (Roskaçestvo) təşkilatının re